adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Oktyabr 2019 10:27
41300
GÜNDƏM

Zəngilansız 26 il: Bir budaqda min xatirə, min ağrı...

Zəngilanın işğal günündən 26 il keçir... 26 ildirki, o torpaqda keçən günlərin ilıq xatirələrini, sevincli günlərin işartısınıda içimizdə daşıyırıq. Az-çox əlimizdə qalan şəkillər, video görüntülər, müxtəlifkanallarla əldə olunub sosial şəbəkələrdə paylanan və Zəngilanın bu gününü əksetdirən materiallar hər biri bir ömür kitabımızın parlaq səhifələrinixatırladır bizə. Bəzən kiçik gölməçələr əks olunan adi bir foto bizi palçıqlıdalanlardan keçirir, beynimizdə belə bir təəssürat yardır ki, indicə evə çatıbşalvarımızın balaqlarına hopmuş palçığı təmizləyəcək, təbiətin qarasıncadonquldanacağıq.

Yaxınlarda sosial şəbəkədə yayılan bir foto diqqətimicəlb etdi və sanki içimdən ilıq bir sızıltı keçməklə bir çox xatirələri yenidənqıcıqlandırdı, yaddaşımın yamış qatlarını silkələdi. Bu kiçik yazıda qəriblikdəqalan bir ağacın budağına baxa-baxa 26 illik həsrətin ağrısını işıqlandırmağaçalışdım... Fotoda görünən ağacın budaqları bizim xüsusi "parter”lərimiz idi ki,biz oradan yay klubunda nümüyiş etdirilən filmləri "müftə” izləyə bilirdik.Ondan sağda dağıdılan hovuzun ətrafında uşaqlar üçün attraksion, solunda isə həmişəqələbəlik olan voleybol meydançamız yerləşirdi. Fotoda xarabalıq kimi görünən,kol-kos basmış hissədə, yay klubu ilə qış klubunun arasında çayçı Əəsdin yayçayxanası yerləşirdi. Uzaqdan görünən maşının yanındakı böyük çinarın altınastollar düzülər, məxməri çay süfrəsində baməzə söhbətlərə şahidlik edər,dünyanın olub-olacaqlarını müzakirə edərdik. Kənardan gələn domino, nərd səsi,"cığallıq” edənlərin hay-həşiri günün ovqatınaxüsusi bir çalar qatardı...Yaxınlıqda yerləşən Hava bürosunun müdiri Misirxan kişi çayçı Əsədi inandırabilmişdi ki, ondan çay pulu alınsa yağış, külək "törədib” "müştəriləri azaldabilər. Əsəd də ona pürrəngi çay verər və xahiş edərdi ki, "Sən allah, "bu qəndhaqqı”andını tərgit, səndən sonra yerdən "and” qəndləri toplamaqdan bezmişəm...

Görünən ağacın budaqlarında və klubun o biri tərəfində kluba yaxın armudağaclarında hərənin öz "lojası” vardı... Bir az fərasətlilər ya tez gələr, yada qolu zorluluq edib əsas budaqları"bronlayardılar”. Yaxşı film nümayiş etdirlən günlər klubmüdiri Ağamirzənin, kassir Hədiqə xalanın səs-küyü oraları ağzına alardı, gahpolisə zəng edər, gah da haray-qışqırıqla ağaclardakı "zritelləri” zərəsizləşdirərdilər.O balaca yay klubu, o budaq lojalar haqqında nə qədər xatirələr var, ilahi... Ovaxtlar müəllimlər gecə reydləri edər, şagirdlərin nə ilə məşğul olmaları iləmaraqlanardılar. Bir dəfə ədəbiyyat müəllimimiz İbrahim müəllim (ruhu şad olsun)armud ağacının bir budağına şellənə-şellənə kinoya baxan məktəbli Alışı tənbehedir ki, "Sabah atana deynən məktəbə gəlsin, ona sözüm var.” Alış da sakitcə : "İbrahimmüəllim, atam məndən yuxarıdakı budaqdadır, nə sözünüz varsa elə indi deyin”... Bəzənlentlər qırıq olur, filmin sonunu göstərən "koneç” sözü yazılmayanda zaldan çıxmayan, kinonun sonunu gözləyən tamaşaçıların "Nuralı"koneç”, "Nuralı zvuk” kəlmələrinəkinomexannik Nuralı dayının "Koneş yoxdu, koneş yerinə armud sapalağıyapışdıracam?” sözləri indi dəqulaqlarımda səslənir... Bir dəfə onun köməkçisi Tofiq filmi bir az tezqurtarıb, etiraz edənlərə demişdi ki, "Mədəd həkim Bakıya gedir, qataraçatmalıdır”.

Qərib ağacları, xarabazırlığa dönmüş Vətənparçasını göstərən bu fotonun işığında uzaq Ameriakdan tutmuş Azərbaycanın birçox bölgələrinə səpələnmiş yurddaşlarımın da fikrini öyrənmək marağı mənə güc gəldi,onların da xatirələrini bölüşməklə bu qənatimi gücləndirmək istədim ki, bu şirin xatirələr, bu ağrılar hamımızındır vəbiz o yurda birgə dönə, o yaraları birgə sağalda bilərik...

Amerikanın Hyuston şəhərində yaşayan təqaüdçü müəllimMirqələm Miriyev: " İlk klub bizim evə yaxın idi və mənim uşaqlıq xatirələrimdaha çox o klubla bağlıdır.Yəni mən yeni yay klubunda ağaclardan filmlərə baxabilməmişəm. Filmqabağı hay-haray, Hədiqə xalanın, İzafənin uşaqları ağaclardanyendirərkən qopradıqları hay-küysə mənim də qulaqlarımdadır. Bəzən obudaqlardakı "zritellərə” görə filmdayandırıldıqda böyüklər "budaqlardakılar”ı ya "zərəsizləşdirər”, ya da onlara da biletalınıb içəri buraxdırardılar. Bircə şeyi bilirəm ki, bu şirin xatirələr bizi mütləqoralara qaytaracaq, yeni yay klubu tikib, yeni çinarlar böyüdəcəyik.”

Uzun illər Mincivanda məktəb direktoru işləmiş,istedadlı yazar Alı Əliyev : ”Görünən bir parça Vətən –Mincivanın yay klubu vəonun ətrafıdır. Fotonu görən kimi yaddaşım təzələndiyindən sevinsəm də, əlimçatmadığı, məndən çox uzaqlarda, yağı əlində oluğu üçün kədərləndim. Babalardanbizə miras qalan bu elatı, bu yurd yerini qoruya bilmədiyimiz üçün hamıdan çox özümügünahlandırdım. O ağacların budaqlarındakıtilişkələr xəncər kimi ürəyimə sap-landı. Ümid edirəm ki, tezliklə oralara dönəcək,o ağacları neçə illik işğaldan, dustaq həyatından xilas edəcək, həttagecikdiyimizə görə onlardan üzr də istəyəcəyik.”

Lomonosov adına Moskva Dövlət Universiteti Bakıfilialının dosenti Zahir Əsədov: " Bu fotonu mənə göndərəndə özümdən asılıolmayaraq aşağıdakı misraları pıçıldadım, "Mən elə bilirdim sənsiz ölərəm, Mənsənsiz ölmədim məni bağışla”... O günlərdən, sənli xatirələrimin olduğu günlərdən26 il ötür.. Bir igidin ömrü olan 26 il... Səni tərk edən gündən səni xatirələrimdoğuldu... Uçaqlığımı, xoş günlərimi anlara sığışdıracaq xatirələrim doğuldu. Həmingünü son günüm kimi düşünmüşdüm, amma söz günüm olmadı, yaşadım, xatirələrimiincələyə-incələyə bir gün yenə sənə qayıdacağımı düşündüm... Hər şeyə rəğmənyaşayıram, yaşayiram ki, sənli günləri unutmayım, sənli günlərimin real təsviriniövladlarıma, səni görməyən balalarımıza çatdırım. Qadın olub ağlamağıbacarsaydım, qəlbimə yüklənən bu 26 illik həsrəti, ağrını ağı deyə-deyə gözyaşlarımın nəmində isladardım. Amma mənkişiyəm və ümid edirəm ki, oralara dönəcəm və səni ağladanları ağlada biləcəm,uşaqlıq xatirələrimi isə öz məkanında yerbəyer edəcəm... Bilmirəm, gecikdiyiməgörə məni bağışlayacaqsan, yoxsa yox, amma gələcəm, mütləq gələcəm... Lap ölməküçün yanına gəlmək istəsəm də gələcəm.. "Ölmədim” deyirəm, nə edim axı, bəlkə dəmən sənsiz ölmüşəm elə...”

Ömürlük xatirələri, 26 illik ağrı-acını bir yazıya,bir qəzet səhifəsinə sığışdırmaq olmaz, amma zəfər günün uzaqda olmayacağını,neçə-neçə qayıdış kitablarının yazılacağını düşünərək bu ağrını kiçib bir şeirparçası ilə tamamlamağı daha doğru hesab edirəm:

Salam,

ucalardan uca,

yaddaşımdan

qoca ağac!

Salam,

yağı əlində əsir,

Kimsəsiz

və yesir ağac!

Budağından

son filmi izlədiyim

gün,

"16yaşın yox”

– deyə, mənə kəsilən

"sürgün”

yadındamı?

Yadındamı

sənə "qısır” deyib,

armud ağacına

"bilet”alacağıma

özümüinandırdığım gün?

Yandındamı

barsız qozalarını

"JannaDark”

filmindən sonra

yandırdığım gün?


Adil Həsənoğlu, 

ADPU-nun müəllimi