adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Aprel 2021 14:12
23353
MƏMLƏKƏT

Zəngilan və Qubadlıda nə qədər ərazi minadan təmizlənib?RƏSMİ

ANAMA-nın partlamamış hərbi sursatlar qrupu tərəfindən Zəngilan rayonunda tikiləcək hava limanının yerləşəcəyi ərazidə ilkin olaraq 68 min kvadratmetr ərazi təmizlənib.Hazırda ərazidə təmizləmə işləri davam edir.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) partlamamış hərbi sursatlar üzrə əməliyyatlar qrupunun bölmə rəhbəri Bəhruz Namazov deyib.

Bölmə rəhbəri bildirib ki, Zəngilan rayonunda Ağalı kəndləri ərazisində “Ağıllı kənd” layihəsinin baş planının reallaşdırılması üçün 72 hektar torpaq sahəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Onun sözlərinə görə, ümumilikdə, Zəngilan rayonunda 3530000 kvadratmetr, Qubadlı rayonunda isə 3600000 kvadratmetr ərazi minalardan təmizlənib.