adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Sentyabr 2018 11:50
20376
MƏDƏNİYYƏT

Zəncilərin yaratmış olduğu janr


Akademik musiqijanrları - opera, balet, simfoniya, irili-xırdalı kamera əsərləri ilə yanaşı,estrada və caz da musiqi təfəkkürümüzün və həyatımızın ayrılmaz tərkib hissəsioldu. Qazanılan nailiyyətlərin ən ümdə və məxsusi cəhəti - Avropa musiqisində bərqərarolmuş ənənəvi janrların Azərbaycan xalq musiqisi, şifahi ənənəli professionalmusiqi və ilk növbədə muğamlarla üzvi şəkildə çulğalaşması idi. Muğam operalarıilə başlanan bu təşəbbüs daha sonra simfonik muğamların, xalq çalğı alətləri -tar və kamança üçün konsertlərin yaranmasını, habelə milli ifaçı və xanəndələrinAvropa ansambllarının tərkibində iştirakını şərtləndirdi. Ötən əsrin 60-70-ciillərində meydana gələn muğam-caz anlayışı da bu möhtəşəm təbəddülatın özünəməxsustəzahürü idi.

İstənilən yenilik,başlanğıc böyük maneələrlə üzləşməli olur. "Dəmir pərdə"ninmövcudluğu cazı da süni qapalılıq şəraitində həyat sürməyə vadar edirdi.Totalitar ideologiyanın hökmranlıq etdiyi cəmiyyətdə Amerikadan, "düşmən Qərbdən"bizə gəlib çatan bu azad, sərbəstlik sevən sənət növü vaxtaşırı qadağanolunurdu. Onunla məşğul olanlar isə hətta repressiya qurbanlarına çevrilirdilər.İndi ağlasığmaz görünür ki, ayrıca bir alət - saksofon belə qadağan edilmişdi.Bu cür qeyri-sabit şəraitdə 1939-cu ildə Azərbaycanda ilk Dövlət Cazorkestrinin yaradılması faktı yalnız heyrət doğurur. Maraqlı cəhət isə odur ki,elə ilk kompozisiyalarda azəri cazmenləri cazı milliləşdirmək yolunu seçdilər vəbunu möhkəm ənənəyə çevirdilər. Tofiq Quliyev, Rauf Hacıyev, Rafiq Babayevin busahədəki axtarış və tapıntıları Azərbaycanda cazın gələcək inkişaf yollarını müəyyənləşdirdi.

"Caz"sözünü eşidəndə, çox güman ki, ağlınıza Amerikadakı yeraltı, qaranlıq vəsiqaret tüstüsü ilə bol olan klublar gəlir. Siz təsəvvür edirsiniz ki,tamaşaçılar rahat dəri kreslolarda əyləşir, orta yaşlı virtuozlar isə nəfəslialətlərdə ifa edib viski içirlər. Amma həqiqət ondan ibarətdir ki, bu yalnızbaşlanğıcda idi.

Yeri gəlmişkən, Cazmusiqinin bütün formalarına öz təsirini göstərmişdir.

Cimmi Xendriks,Beatles, Rolling Stones, Ceyms Braun qeyd etmişdirlər ki, onları ilhamlandıranməhz caz musiqisi idi. Hətta Hip-Hop və Repdə caz öz yerini tapa bilmişdir.

Yüngül musiqijanrına, adətən, caz musiqisini daxil edirlər. Lakin onu tam mənada yüngülmusiqi adlandırmaq düzgün olmazdı. XX əsrdə caz musiqisi müstəqil əhəmiyyət kəsbetməyə başlamışdır. Onun inkişafı daxilən ziddiyyətlidir. Bir sıra burjua ölkələrindəAfro-Avropa musiqisinin mexaniki sintezi əsasında inkişaf etdirilmiş cazmusiqisində qeyri-simmetrik atonal, asketik-quru, səda və dissonaslar mütləqləşdirilir,musiqi növünün spesifikasından kənara çıxılır. Bununla bərabər xarici cazmusiqisində, həmçinin, müəyyən sağlam meyillər də özünü göstərir. Mütərəqqimusiqiçilər və ifaçılar xalq musiqi ənənələrinə, həyati mənbələrə, klassikmusiqinin nailiyyətlərinə və s. əsaslanaraq, caz sənətini yeni mərhələyəqaldırmağa çalışırlar.

Caz vaxtı ilə ABŞ-daistismar edilən hüquqsuz zənci əhalisi - nə vaxtsa öz vətənlərindən didərginsalınmış qara qulların əcdadları arasında yaranmışdır.

İlk zənci qullarXVII əsrin əvvəllərində gəmi ilə Afrikadan Amerikaya gətirilmişlər. CənubiAmerikanın varlı fermerləri öz plantasiyalarında ağır işləri yerinə yetirməküçün qul əməyindən istifadə edirdilər. Öz vətənindən, doğmalarından ayrıdüşmüş, ağır əməkdən üzülmüş bu kölə insanlar musiqi ilə təskinlik tapmışlar. Zəncilərinmusiqi duyumu, xüsusilə, ritm hissiyyatı çox güclüdür. Bu da, əlbəttə, zənginritmi ilə seçilən Afrika musiqisi ilə əlaqədardır. İllər ötdükcə zəncilər öz vətənlərininmusiqisindən tədricən uzaqlaşırdılar. Yalnız təbii olaraq musiqi sədaları ilə rəqsetmək ehtirası, daxili ritm duyğusu qalırdı. Əvəzində isə onları əhatə edənmühitdə səslənən, musiqini - "ağlar"ın ifa etdikləri xristian dinihimnlərini mənimsəyirdilər. Lakin zəncilər bu dini mahnıları özünəməxsus tərzdəifa edirdilər. Onların oxuduqları mahnılarda daha çox iztirab, kədər hissolunurdu.

Beləliklə, ilk zəncidini mahnıları - "cpiriçuels" meydana gəlməyə başladı. XIX əsrinsonunda digər zənci mahnısı - şikayət, etiraz nidaları ifadə edən"blyuz" yaranır. Zəncilər blyuzu gitaranın müşayiəti ilə oxuyurdular.Onların orkestr alətlərini əldə etmək üçün imkanları yox idi. Ona görə də müxtəlifməişət əşyalarından kortəbii surətdə musiqi alətləri düzəltməli olurdular.

ABŞ-da 1861-1865 illərinVətəndaş müharibəsi bitdikdən sonra hərbi hissələrin nəfəs alətləri orkestləriburaxıldı. Bu orkestrlərin alətlərini nisbətən ucuz qiymətə əldə edən zənciləröz orkestrlərini yaratmağa başladılar. Zənci musiqicilər marşlar, rəqslər ifaetməklə yanaşı, spiriçuels və blyuz uslubunda melodiyaları təqlid edirdilər.Onlar zənci vokal musiqisinin xüsusiyyətlərini, onun ritm sərbəstliyini müxtəliforkestr alətlərində (truba, klarnet, trombon) ifadə etməyə çalışırdılar. Bumusiqiçilərin not savadı yox idi. Çünki yalnız "ağlar" üçün nəzərdətutulmuş musiqi məktəbləri onların üzünə bağlı idi. Onlar bilavasitə, musiqiduyumu ilə qavrayaraq təcrübəli musiqiçilərdən məsləhətlər alır, onların ifaüsullarından istifadə edirdilər.

Zənci vokalmusiqisinin və zənci ritminin instrumental sahəyə tətbiq edilməsi sayəsindəyeni orkestr musiqisi - "caz" yaranmağa başladı.

20-ci illərin əvvəllərindəABŞ-ın qara əhalisinin cənubdan şimala köçməsi ilə əlaqədar görkəmli cazmusiqiçiləri Nyu-Orleandan Çikaqoya gəlirlər. Çox keçmir ki, həmin şəhərdünyanın ən möhtəşəm caz mərkəzi kimi böyük şöhrət qazanır. Məhz burada cazmusiqisi ilk dəfə qrammofon valına yazılır, radio verilişlərində səslənir.

20-ci illərin və bəlkədə bütövlükdə caz tarixinin ən görkəmli musiqiçisi zənci Lui Armstronqdur. Onunvirtuoz truba çalmaq məharəti, eləcə də nadir, bənzərsiz səsi indiyədək cazifaçıları üçün bir etalon olaraq qalır.

30-cu illərin əvvəlindəcaz tarixində baş vermiş daha bir mühacirət dalğası — bu dəfə ÇikaqodanNyu-Yorka — yeni, svinq üslubunun yaranmasına gətirib çıxarır («svinq» sözününmənası «yırğalanma», «yellənmə»dir). Biq-bənd adı ilə tanınan və tərkiblərinixeyli genişləndirmiş bu ansambllar caza böyük kommersiya uğuru gətirir. «Svinqkralı» klarnet-çalan Benni Qudmen, görkəmli pianoçu və bəstəkar Dük Ellinqton vəistedadlı trombonçalan Qlen Miller 30-cuların ən məşhur biq-bəndlərinə rəhbərliketmişlər. Gözəl müğənni, «cazın birinci ledisi» EllaFitscerald da biq-bəndlərdənbirində çıxış etmişdir. Onun ecazkar səsi və improvizasiya qabiliyyəti bu günədəkcaz musiqisinin ən yüksək, əlçatmaz zirvələrindən hesab olunur. 30-cu illərinsonunda Kanzas şəhərində əvvəlcə eksperiment xarakteri daşıyan modern-caz və yabibop üslubu yaranır. Bibopda əsas diqqət orkestrin həmahəng səslənməsinədeyil, müxtəlif alətlərin solo ifasına yetirilir. 40-cıların məşhur cazmenlərisaksafonçalan Çarli Parker və trubaçalan Dizzi Gillespi bibopa dünya şöhrəti gətirirlər.Çarli Parkerin modern-cazın inkişafında oynadığı rolu çox vaxt Lui Armstronqun ənənəvicaz sahəsindəki xidmətlərinə bərabər tuturlar. Dizzi Gillespinin kəşflərindənbiri də caza Afrika, Kuba ritmlərini daxil etməsidir.

Cazın əsas xüsusiyyətləriimprovizasiya (hazırlaşmadan, bədahətən ifa etmə), ritm sərbəstliyi və genişmelodik nəfəsdən ibarətdir. Ritmdəki müntəzəm vurğuların ("bit") vəbu vurğulardan yayınmaların ("svinq") mövcudluğu caz musiqisinə özünəməxsusrəngarənglik gətirir.

Afrika xalq musiqi ənənələriniözündə birləşdirən caz musiqisində ritm sərbəstliyi və zərb alətlərinin genişistifadə edilməsi ilə yanaşı müxtəlif alətlərdə danışıq intonasiyalarının təqlidedilməsi mühüm yer tutur.

Zənci musiqiçilərinifa etdikləri əsərlər adətən qısa solo motivin (çağırış intonasiyasının) xor vəya instrumental ifa ilə növbələşməsindən ibarət olurdu. Caz musiqiçiləri həmsolo, həm də kollektiv halında improvizasiya etməyi bacarırdılar.

50-ci illərin əvvəlindəbir çox caz musiqiçiləri «isti» bibopdan uzaqlaşıb melodikliyi və mülayimxarakteri ilə seçilən kul caz (yəni «sərin caz») üslubunu yaradırlar. Buüslubun banisi cazın ən parlaq simalarından biri — trubaçalan Mayls Devisdir.Onun rəhbərlik etdiyi orkestr əvvəllər caza heç də xas olmayan nəfəsli alətlərləzənginləşir. Mayls Devis caz musiqisində elektron alətlərin də tətbiqolunmasına tərəfdar çıxır. Həmin meyl 70-ci illər-də Kaliforniyada «Qərbsahilinin cazı» adı ilə tanınmış caz musiqisinin yeni formasının yaranması ilənəticələnir. Görkəmli pianoçu Deyv Brubekin təmsil etdiyi bu yeni üslub Avropamusiqisinin bir çox əlamətlərindən yaradıcdıqla bəhrələnir. Lakin caz pərəstişkarlarıbu gün də ifadəli, ehtiraslı bibop üslubuna üstünlük verməkdədirlər. Bibopdanhard-bop deyilən bir üslub da törəmişdir. Bu üslubu barabançalan Art Bleyki vəonun yaratdığı «Jazz Messengers» qrupu təmsil edirlər. «Hard» «möhkəm» deməkdirvə doğrudan da, hard-bop musiqisi özünün «möhkəm» ritmi ilə fərqlənir. BuradaAfrika musiqisinin hərarətli ritmlərinə geniş meydan verilir.

60-cı illərin ənpopulyar caz üslubu fri-cazdır («fri» «sərbəst» deməkdir). Onun ən görkəmlinümayəndələri saksafonçular Con Koltreyn və Ornett Kolman sayılır. Onlar cazmusiqisində improvizasiyanı bir növ bərpa edirlər. Koltreynin ifa tərzi dinamikvə fəal, Kolmanınkı isə mülayim və tarazlaşdırılmış xarakteri ilə fərqlənirdi.60-cı illərin sonunda caz kompozisiyalarında müasir rok musiqisinin xüsusiyyətləritətbiq olunmağa başlayır. Eyni zamanda, rok musiqiçiləri də tez-tez cazimprovizasiyalarından istifadə edirlər. Bu qarşılıqlı bəhrələnmə nəticəsindəfyujn və yaxud caz-rok üslubu meydana çıxır. Onun ilk nümayəndəsi məşhur MaylsDevisin 1970-ci ildə buraxdığı «Bishes Brew» albomu indiyədək caz tarixində ənböyük kommersiya uğuru qazanmış disk hesab olunur. Caz-rokun sonrakı inkişafıMayls Devisin yetirmələri Con Maklaflin və Çik Koria, eləcə də Corc Benson vəbaşqalarının yaradıcılıq axtarışları ilə bağlıdır. Caz-rokun ən virtuozgitaraçalanı Con Maklaflinin 80-ci illərin əvvəlində yaratdığı məşhur«Mahavishnu Orchestra» kollektivi caz, rok, blüz, eləcə də hind musiqisinin ənənələriniorijinal tərzdə birləşdirmişdir. Maklaflin caz-roku simfonik musiqi ilə də əlaqələndirir— 1974-cü ildə London Simfonik Orkestri ilə birgə hazırladığı məşhur«Apocalypse» albomu buna gözəl nümunədir. Corc Benson əvvəlcə məharətligitaraçı, sonralar istedadlı caz müğənnisi kimi də şöhrət qazanır. Pianoçu ÇikKoria və onun rəhbərlik etdiyi «Return to Forever» qrupu caz-rok üslubunuBraziliya musiqisinin ecazkar ritmləri ilə zənginləşdirir. Daha bir qrup —«Weather Report» da caz-rokun inkişafına nəzərəçarpacaq təsir göstərmişdir.Onun buraxdığı «Heavy Weather» albomu Devisin «Bitches Brew» albomu ilə yanaşı,caz musiqisinin qızıl fonduna daxildir. Billi Kobhem (baraban), Yan Hammer (klavişlialətlər), Jan-Lyuk Lonti (skripka), Jako Pastorius, Con Patituç-i (bas-gitara),El Dimeola və Pet Meteni (gitara) caz-rokun görkəmli təmsilçiləridir. Son illərdəcaz musiqisinin taleyində heç bir köklü dəyişiklik baş verməmişdir. Caz-roküslubunun yeni nəsli — Con Skofıld, Mayk Stern (gitara), Markus Miller(bas-gitara) və başqaları pərəstişkarlarını yeni uğurları ilə sevindirirlər.Keçmişə nəzər salan retrospektiv caz da yaranır.

Cənubi AmerikanınYeni-Orlean şəhərində təşəkkül tapmış ənənəvi cazın erkən mərhələsi üçünkollektiv improvizasiya əsas idi. Erkən Yeni-Orlean cazı daha sonra Çikaqo cazıilə birləşərək "diksilend" üslubu adlandırılır. 20-30-cu illərdəsonralar "klassik caz" adı almış "svinq" üslubu genişyayılır. "Svinq" üçün yeni tip orkestrin ("biqbend")yaranması səciyyəvi idi.

"Biq-bend"(ingiliscə - "böyük-dəstə orkestr") üçbölmədən ibarət idi: Isaksofonlar bölməsi (sonralar klarnet də daxil edilir), II - "mis" alətlərbölməsi (trubalar və trombonlar), III - ritmik bölmə (fortepiano, gitara,kontrabas, zərb alətləri).

Yarandığı gündənindiyədək caz musiqisi çoxşaxəli inkişaf yolu keçmiş, onun bir çox cərəyanlarıvə məktəbləri (bi-bop, proqressiv, xard-bop, soul-caz. caz-rok, fri-caz,simfo-caz və s.) yaranmışdır.

Caz musiqisinin mahirifaçıları və yaradıcıları olan Lui Armstronq, Dyuk Ellinqton, Benni Qudmen,Qlen Miller, Ella Fiscerald, Bessi Smqet və b. adları artıq bütün dünyada məhşurlaşmışdır.

Caz elementlərindəniri formalı musiqi əsərlərində (simfoniya, opera, konsert) istifadə edilməsi("simfo-caz") sayəsində bir sıra görkəmli sənət əsərləri yaranmışdır:

C. Gerşvinin"Blyuz üslubunda rapsodiya", "Porqi və Bess" operası; D.Miyonun "Dünyanın yaranması" baleti; A. Eşpayın orkestr üçünKonserti; Q. Qarayevin "İldırımlı yollarla" baleti, səs və cazorkestr üçün "Üç noktürn" (L. Xyuzun sözlərinə) və s.

Caz musiqisininRusiyaya gəlişi 20-ci illərə təsadüf edir. Bu dövrdə V. Parnax, A. Sfasman, L.Teplitskinin caz-orkestrləri yaranır. L. Ğtyosovun "Tea caz" orkestrixüsusilə məşhur olmuşdur.

1939-cu ildə Azərbaycandagörkəmli bəstəkarlar Niyazi və Tofiq Quliyev tərəfindən ilk Dövlət Caz Orkestritəşkil olunmuşdur. Sonralar R. Bdhböğgvök, Rauf Hacıyevin, Rafiq Babayevin rəhbərliyiilə caz orkestrləri fəaliyyət göstərmişdir.

Caz daha da məşhurlaşıbyayıldıqca böyük şənliklər- festivallar daxilində ifa olunmağa başladı. İlkbeynəlxalq əhəmiyyətli Cazz festivalı 25 Fevral 1948-ci ildən bəri FransanınNis şəhərində keçirilən Nis Caz Festivalıdır.

Nyu Orleansda isə New Orleans Jazz & Heritage Festivaladlı Caz festivalı 1970-ci ildən bu günə qədər hər Aprel ayının axırıncı həftəsonu və May ayının ilk həftə sonu keçirilir.

Sevindirici haldırki, dünyanın ən böyük Caz festivalları siyahısında Bakı Beynəlxalq Cazfestivalının da adını görmək olur. Bakı Beynəlxalq Caz festivalı (BakuInternational Jazz Festival) 2005-ci ildən bəri hər il dünyanın müxtəlif ölkələrinin,eləcə də Azərbaycanlı Caz ifaçılarının iştirakı ilə təşkil olunur. Azərbaycandamilli cazın, yeni caz-muğam üslubunun yaranması virtuoz pianoçu və istedadlı bəstəkarVaqif Mustafazədənin adı ilə bağlıdır. Onun davamçılarından Rafiq Babayev vəVaqif Sadıxovun adı çəkilə bilər.

Caz həm də elə birmusiqi növüdür ki, xüsusi zövqlü insanlar onu dinləyərkən həzz alır və eynizövqlü insanları birləşdirir. 90-cı illərinsonunda caz faktik olaraq yüzillik yubileyini qeyd edir. Lakin bu ecazkarmusiqi cazibəsini, əhəmiyyətini əsla itirmir, Lui Armstronq, Dizzi Gillespi,Mayls Devisin şanlı ənənələri davam etdirilir…