adalet.az header logo
  • Bakı -°C
09 Fevral 2026 09:41
96
DÜNYA
A- A+

Zəlzələdə qızının öldüyü gün və saatda yeni övladı doğuldu

6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələdə 12 yaşlı qızını itirən Gültən Sarıgül, üç il sonra eyni gündə və eyni saatda yeni övladını dünyaya gətirib. 

Adalet.az  xəbər verir ki, dünən Malatya Təlim və Araşdırma Xəstəxanasında oğlan uşağı dünyaya gətirən 37 yaşlı Gülten Sarıgül, 6 fevral zəlzələsində Çavuşoğlu məhəlləsindəki evlərinin dağıldığını və özünün, ərinin və üç uşağının dağıntılar altında qaldığını deyib.

O, dağıntılar altından qruplar tərəfindən xilas edildiyini, lakin 12 yaşlı qızı İkranurun cansız bədəninin səhər saat 10:30 radələrində tapıldığını bildirib. Sarıgül qızını itirdiyi gün və saatda yeni övladını qucağına alıb.  

 "6 fevralda Allah bizə oğlumuzu nəsib etdi. Beşmərtəbəli binanın 4-cü mərtəbəsində yaşayırdıq. Qızımın ölümünün ildönümü idi, amma qəbiristanlığa gedə bilmədik. Bu gün xoşbəxt, sevincli və eyni zamanda kədərliyik", - deyə Gültən bildirib.