Zəlzələ

Heç kəs deyə bilməz ki, Türkiyədə baş vermiş zəlzələ Azərbaycandavə Bakıda olmayacaq.
Heç təki olmasın! Amma bizi bir məsələ narahat edir ki, Bakı şəhərində kor-təbii surətdə, hətta seysmik zonalarda belə 16-20 mərtəbəli binalar inşa edilir. Bu binalar arasında ara məsafəsi o qədər də çox deyil. Elə bina var ki, 20 mərtəbəli binadır və üzbəüz tikilib. Əgər, Allah eləməsin, 7 bal gücündə zəlzələ olsa, hər hansı uçan bina, başqa bir binanın üstünə aşacaq. İnsanları da ordan təxliyə eləmək çox çətin bir iş olcaq. Adicə bir yanğın baş verəndə bir-birinin içində tikilmiş yükəsək mərtəbəli binaların həyətinə yer dar olduğu üçün yanğınsöndürən maşınlar daxil ola bilmirlər.
Yeni Günəşli yaşayış sahəsi seysmik zona hesab olunur. Amma burda sürətlə 16 mərtəbəli binalar tikilib və tikilir. Üstəlik də bizim yaşadığımız 13 nömrəli binanın qabağında 30 metr yaxınlıqda12 mərtəbəli, arxa tərəfdə isə 20 metrdə 16 mərtəbəli bina inşa olunub. Heç olmasa bundan sonra, zəlzələnin ehtimalını nəzərə alıb, seysmik zonalarda yüksək mərtəbəli binaların tikilməsinə icazə verilməməlidir.
Emil FAİQOĞLU
Digər Xəbərlər
 31 Oktyabr 2025 13:39
 31 Oktyabr 2025 13:39 Qorxan gözə çöp düşər...
 31 Oktyabr 2025 12:04
 31 Oktyabr 2025 12:04 Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar
 30 Oktyabr 2025 14:25
 30 Oktyabr 2025 14:25 Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
 30 Oktyabr 2025 14:14
 30 Oktyabr 2025 14:14 “Hamiləlik faktı üzə çıxanda, bəzən ailələr qızlarını ayıbdan xilas etmək üçün...”
 30 Oktyabr 2025 09:30
 30 Oktyabr 2025 09:30 Leyla Əliyeva “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü - FOTOLAR
 29 Oktyabr 2025 12:30
 29 Oktyabr 2025 12:30 Yağış yağacaq. şimşək çaxacaq - SABAHIN HAVASI
 29 Oktyabr 2025 11:59
 29 Oktyabr 2025 11:59 Leyla və Arzu Əliyevalar Axar-Baxar Milli Parkının açılış mərasimində - FOTOLAR
 29 Oktyabr 2025 09:46
 29 Oktyabr 2025 09:46 

 Bakı -°C
 Bakı -°C 






