Zelenskinin erməniləri şərəfləndirdiyi təltif və çıxış - PARACANOV
jpg-1724441953.jpg)
Hazırda bütün erməni mediası Zelenskinin ötən günkü təltifindən yazır, həm də ağız dolusu.
Deməli, sovet kinorejissoru və ssenari müəllifi, Ukrayna və Ermənistan SSR xalq artisti, Gürcüstanda doğulub İrəvanda ölən Sergey Paracanovun ölümündən düz 34 il keçəndən sonra Ukrayna Prezidenti V. Zelenskinin yadına qəflətən bu erməni düşür. Zelenski Paracanovu “Ukraynanın milli əfsanəsi” prezident mükafatı ilə mükafatlandırır. Hələ bir nitqdə söyləyib erməniləri “xoşbəxt edir: “Mənim üçün bu, böyük şərəfdir. Döyüşçülərimizi gücləndirən və ruhlandıran hər kəsi təbrik edirik. Onlar Ukraynanı izzətləndirən, müdafiəmizi gücləndirən və bütün vətəndaşları ruhlandıran insanlardır. Nina Matvienko, Hovard Baffet, Aleksandr Dubovik, Oleq Korostelev, İvan Lukaşeviç, İqor Poklad, Aleksandr Usik, Olqa Xarlan, Vitali Xmel, İrina İvanovna Yurçenko, Sergey Paracanov və adlarını çəkmədiyim digər şəxslər var ki, biz onlara sonsuz minnətdarıq. Çox xoşbəxtik ki, belə hörmətli və istedadlı insanları birləşdirən bir ölkədə yaşayırıq”.
Maraqlı burasıdır ki, ölən günə qədər ermənilər özləri bu dünya miqyasında tanınmış sənətkarı qəbul etməməyə çalışıblar. Ermənilərin nifrətlə ona "gey" deyərək onu həbs etdiriblər.
Yəni, 1973-cü ildə Sergey Paracanov homoseksuallığını və ya biseksuallığını gizlətmədiyinə görə İrəvandan Kiyevə gələrkən həbs edilmişdi. Homoseksuallığa görə Sovet həbsxanasına düşən üçün oradan sağ çıxmaq son dərəcə çətindir. Əsl cəhənnəmdən - işgəncə, zorakılıq, intihar cəhdi, ağır xəstəliklər və aclıqdan - keçsə də, Paracanov çıxa bildi.Çünki erməni idi və homoseksuallığının və ya biseksuallığının həbsxanada “dadını çıxarıb” . Genetika məsələsi deyək. Allah Andranik Ozonyana, Qaregin Njdeyə və Monte Melkonyana rəhmət eləməsin. Canlarında var və adlarını tarixə belə yazdırıblar.
Yeri gəlmişkən bunların ən böyük sənətkarları da , "qəhrəmanları da homoseksual olub. 2009-cu ildə Ermənistanın İsveçrədəki səfiri, erməni mənşəli müğənni Şarl Aznavur "The New York Times"a verdiyi müsahibədə eynicinsli sevgiyə həsr etdiyi ilk mahnısından bəhs etmişdir.
Uzun sözün qısası, Zelenski Rusiyaya qarşı silaha sarılanda onu alqışladım. Belqorodu bombalayanda mənəvi dəstək verdim, Kurska girəndə dua etdim, hər zaman! Amma bu təltifinə, bu çıxışına görə, ermənilərə hədsiz şərəfləndirdiyinə görə səni bağışlamayacağam...
Əntiqə Rəşid
Digər Xəbərlər

AHİK-dən məcburi üzvlük və göndərişlərin imtinası ilə bağlı RƏSMİ AÇIQLAMA

Paris aeroportunda övladları əllərindən alınan valideynlərlə bağlı səfirlikdən AÇIQLAMA

Azərbaycanda dövlət işçilərinin sayı azalıb

"70-dən çox ölkənin həmkarlar ittifaqları ilə əməkdaşlıq edirik" - Cəmaləddin Quliyev

Vilayət Eyvazovun Xaçmazda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

ABŞ görüşünün "rüsvayçılığı": Duqin Putindən kimə cəza tələb edir?

İlham Əliyev Muxtar Babayevlə bağlı sərəncam imzaladı
