Zelenskinin çağırışını nə Monqulstan, nə də Türkmənistan eşitdi: Putin hətta medal aldı
Xəbər verdiyimiz kimi n Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Roma Əsasnaməsini imzalamayan Türkmənistanı Rusiya Prezidenti Vladimir Putini Aşqabada səfəri zamanı həbs etməyə çağırmışdı.
Adalet.az xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Ukrayna dövlətinin çağırışından nəinki imtina edib, hətta bu çağırışın ziddinə gedib.
Beləki, “Zamanların və sivilizasiyaların münasibətləri” beynəlxalq forumu çərçivəsində dövlət başçılarının görüşündə türkmən lider türkmən şairin medalını Aşqabada gələn Rusiya Federasiyasının rəhbəri Vladimir Putinə təqdim edib:”Hörmətli Vladimir Vladimir, mən sizi “Məhtumqulu Bayrağı” yubiley ordeni ilə təltif etmək qərarına gəldim”, – deyə o elan edib.
O, bu medalın Rusiya ilə Türkmənistan və onların xalqları arasında möhkəm dostluğun daha bir simvoluna çevriləcəyini vurğulayıb.
Xatırladaq ki, sentyabrın 2-də Rusiya Federasiyasının Prezidenti rəsmi səfər çərçivəsində Monqolustana səfər etdi.
Məhkəmə onun barəsində həbs qərarı çıxardıqdan sonra bu, Putinin BCM-nin yurisdiksiyasını tanıyan ölkəyə ilk səfəri idi. Avropa Birliyi və Ukrayna Monqolustan hakimiyyətini Rusiya liderini saxlamağa çağırdı. Gözlənildiyi kimi, Ulan-Bator hörmətli qonağı həbs etmədi. Monqolustanda Putini fəxri qarovul dəstəsi qarşılayıb və təntənəli kortejdə sərbəst şəkildə hava limanını tərk edib.

Sentyabrın 11-də Ukrayna Prezidenti Vladimir Zelenski Monqolustanın Putin haqqında BCM-nin həbsinə dair orderi icra etməkdən imtina etməsinə görə məsuliyyətin bütün dünyanın üzərinə düşdüyünü deyib.
P.S. Əziz Zelenski heç kim sənə görə , Putin kimi bir yırtıcıya özünü yem etməz!
Əntiqə Rəşid
Digər Xəbərlər
29 Yanvar 2026 18:56
Ərdoğanla Mirziyoyev görüşdü
29 Yanvar 2026 17:10
İrandakı etirazlarda öldürülənlərin siyahısı açıqlanacaq
29 Yanvar 2026 14:38
Argentina prezidenti keçmiş sevgilisi ilə səhnədə - VİDEO
29 Yanvar 2026 14:31
Kreml İranla bağlı çağırış etdi - "Təmkinli olun!"
29 Yanvar 2026 13:50
Fabrikdəki güclü partlayış yaşayış binalarına sıçradı - VİDEO
29 Yanvar 2026 13:01
"Lukoil" aktivlərinin satışı ilə bağlı ABŞ şirkəti ilə razılaşdı
29 Yanvar 2026 12:40
ABŞ-də 73 nəfər donaraq öldü
29 Yanvar 2026 11:54


Bakı -°C

jpg-1728640173.jpg)
