adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Iyun 2019 12:48
32048
DÜNYA

Zelenski sanksiyaların sərtləşdirilməsini istəyib

Almaniyada səfərdə olan Ukrayna prezidenti VladimirZelenski kansler A. Merkellə Berlində keçirdiyi mətbuat konfransında QərbinRusiyaya qarşı qoyduğu sanksiyalar məsələsinə də toxunub. Adalet.az xariciKİV-lərə istinadən bildirir ki, V. Zelenskinin bu mövzuya geniş yer ayırmasınasəbəb Qərbin bəzi biznes dairələrinin həmin sanksiyalardan narazı olmalarıylabağlıdır: "Mənim bəzi siyasətçilər və iri biznes təmsilçilərinin sanksiyaları ləğvetməklə bağlı çağırışlarından xəbərim var.Fürsətdən istifadə edərək həmin adamlara səslənirəm – yəqin ki, onlar mənieşidirlər. Bu müharibəni biz başlamamışıq, ancaq biz onun tezliklə başaçatmasını istəyir və bundan ötrü hər gün çalışırıq. Biz haqq-ədalətin bərpasıüşün bizimlə bir yerdə olmaq istəyən Avropalı tərəfdaşlarımızın sanksiyalardan əziyyətçəkməsini istəmirik. Ancaq bu, regionda qan tökmədən sülhün və əmin-amanlığın bərqərarolmasının yeganə yoludur”. – deyə prezident bildirib.

Sanksiyaların saxlanmasıyla bağlı Almaniya hökumətininqəti mövqeyini də təqdir edən prezident deyib: "Sanksiyaların götürülməsini təbliğedənləri isə Donbasa getməyə, bu müharibənin insanlara necə məşəqqətlər gətirdiyiniöz gözləriylə görməyə çağırıram. Krima baxın, təbiətin bu nadir incisinin gözəlbir turizm məkanından əsl hərbi düşərgəyə çevrildiyini öz gözlərinizlə görün”.

Xatərladaq ki, Avropa İttifaqı Donbasa təcavüzləbağlı bir sıra məhdudiyyətlər qoyub, 2014-cü ildə Krımın işğalıyla əlaqədarsasanksiyalar tətbiq edib. 2019-cu ildə sanksiya siyahısı genişləndirilib və oraRusiya Federasiyasının Qara dənizdə Ukrayna hərbi gəmilərinə hücumda əli olan səkkizvətəndaşını adını əlavə edib.

Sabah Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarınvaxtının uzatmağı planlaşdırır.

Zelenski Bild nəşrinə müsahibəsində bildirib ki, əgərsanksiyaların effekti qənaətbəxş olmasa onlar daha da sərtləşdirilməlidir.


Adalet.az