23 May 2024 09:44
361
DÜNYA

Zelenski sammit öncəsi geri addım atır..?

Ukraynanın "Delovaya stolitsa" mətbu orqanı bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski, İsveçrə sammiti ərəfəsində xarici KİV-lərə verdiyi müsahibəsi öncəsi, "Sülh formulu" layihəsinin yeddi bəndini ixtisara salıb.

  Məqalə müəllifləri qeyd edirlər ki, Ukrayna lideri təqdim edəcəyi layihədə yalnız üç bəndi- "radiasiya və nüvə təhlükəsizliyi", "ərzaq təhlükəsizliyi" və "əsirlərin və deportasiya olunan vətəndaşların azad olunaraq vətənə qaytarılması" bəndlərini saxlayıb.

 "Qalan yeddi bənd, o cümlədən "Rusiya ordusunun Ukrayna ərazilərindən çıxarılması" bəndini daha sonraya saxlanılıb"- deyə məqalədə bildirilir. 

  Mətbu orqan hesab edir ki, yeddi bənd, Qlobal çənub ölkələrinin iki gün yalnız Zelenskinin təkliflərini dinləməmək üçün sammitə gəlməkdən imtina edə biləcəyi səbəbindən ixtisara salınıb.

 Məqalə müəllifləri düşünürlər ki, iyun ayının 15-16-da keçiriləcək sammit, Ukraynanın gözlədiyi nəticələri verməyə bilər. Bundan başqa, İsveçrə sammitinin yekun qərarında Ukrayna qarşısında da bir çox tələblər qoyula bilər.

 Xatırladırıq ki, Çin və Hindistan hələ ki, Rusiyanın iştirak etmədiyi sammitdə iştirak edəcəklərini təsdiq etməyiblər.

 Rüstəm Hacıyev