Zelenski: Rusiya 500 dronla Ukraynaya zərbə endirib
Rusiya 500 pilotsuz uçuş aparatı və “Kinjal”lar da daxil olmaqla 40 raketlə Ukraynaya kütləvi hava hücumu həyata keçirib.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
Zelenski bu dəfə hücumun əsas hədəfinin Kiyevin enerji və mülki infrastrukturu olduğunu qeyd edib.
“Hücumlar nəticəsində yaşayış binaları zədələnib, bir binanın dağıntıları altında insanlar axtarılır. Paytaxtın bəzi rayonlarında və ətraf ərazilərdə elektrik və istilik təminatı yoxdur. Hazırda yanğınların söndürülməsi və bərpa işləri davam etdirilir”, - o vurğulayıb.
Ukrayna Prezident Rusiyanın ABŞ və beynəlxalq tərəfdaşların sülh təşəbbüslərinə cavab verməməsinə diqqət çəkib: “Rusiya nümayəndələri uzun danışıqlar aparır, amma həqiqətdə onların mesajını “Kinjal” raketləri və dronlar çatdırır. Bu, Putinin və onun ətrafının həqiqi münasibətidir. Onlar müharibəni bitirmək istəmir və Ukraynaya daha çox zərər vurmaq, həmçinin dünyada təzyiqlərini artırmaq üçün hər fürsətdən istifadə edirlər”.
Ukrayna lideri əlavə edib ki, belə hücumlara cavab yetərli təzyiq və güclü addımlarla mümkündür.
Digər Xəbərlər
27 Dekabr 2025 14:00
ABŞ-də rekord - Kaliforniyada 72 saat yağış yağıb
27 Dekabr 2025 13:37
Polşa aeroportlarını bağlayıb
27 Dekabr 2025 13:26
Məsud Pezeşkianın tələbəlik dövrü - VİDEO
27 Dekabr 2025 13:12
“Rusiya Könüllülər Korpusu”nun lideri Ukraynada öldürülüb
27 Dekabr 2025 13:09
Ankarada təyyarə qəzasında həlak olanlar üçün anım mərasimi keçirilib
26 Dekabr 2025 20:33
Türkiyə, Misir, Somali və Cibuti İsrailin Somalilendi tanımaq qərarını pisləyiblər
26 Dekabr 2025 19:00
Rusiya Ukraynanın itkilərini yenilədi
26 Dekabr 2025 18:29


Bakı -°C

