adalet.az header logo
  • Bakı -°C
14 Fevral 2026 15:00
115
DÜNYA
A- A+

Zelenski Münxenə yollandı

Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib.

Adalet.az “İnterfaks”a istinadən xəbər verir ki, Ukrayna liderinin konfrans çərçivəsində bir sıra mühüm görüşləri və çıxışı nəzərdə tutulub.

Zelenski səfəri zamanı tərəfdaşlarla həm ikitərəfli, həm də çoxtərəfli formatda müzakirələr aparacağını, həmçinin Almaniya ilə birgə ilk dron istehsalı müəssisəsinin açılışını reallaşdıracağını bildirib.

Prezidentin mətbuat katibi Sergey Nikiforov dövlət başçısının forumda NATO-nun baş katibi Mark Rutte və digər rəsmi şəxslərlə görüşəcəyini qeyd edib. Axşam saatlarında isə Ukrayna liderinin ABŞ Dövlət katibi Marko Rubio ilə bir araya gələcəyi gözlənilir.

“Politico” nəşri isə yazır ki, Zelenski konfransdakı çıxışında Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini əsas prioritet kimi təqdim edəcək. O, həmçinin fransalı həmkarı Emmanuel Makronla görüşündə silah təchizatının artırılması məsələsində israrını davam etdirəcək.