adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Oktyabr 2018 10:14
20053
ELM VƏ TƏHSİL

“Zəkalar” liseyində “Məmməd Araz Poeziya günü”

Ümumi təhsil müəssisəsi olaraq yeni ənənələrintəşəbbüskarı kimi tanınmış Bakı şəhəri Xətai rayonunun 287 saylı "Zəkalar”liseyində III "Məmməd Araz Poeziya günü” çərçivəsindəMəmməd Araz şeirinin ən yaxşı ifaçısı adını qazanmaq üçün seçim turukeçirilmişdir. 


Adalet.az xəbər verir ki, məktəbin direktoru biologiya elmləri üzrə fəlsəfə doktoru AygünƏhmədli, dil-ədəbiyyat müəllimi Xəyalə Tağıyeva və "Məmməd Araz Poeziya günü” layihəsininrəhbəri Qardaşxan Əzizxanlıdan ibarət münsiflər heyəti qarşısında çıxış edən məktəblilərdənƏbülfəz Rzazadə, NəzrinAğazadə, Nicat Səmədov, Nilufər Tağıyeva, Aydan Mehdiyeva, Şəbnəm Haşımlıxüsusilə fərqlənmişlər. Onlar oktyabr ayının əvvəlində AzərbaycanRespublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi vəXəzər Universitetinin birgə təşkilatçılığı ilə III "Məmməd Araz Poeziya günü” və Xalq şairi Məmməd Arazın 85illik yubileyinə həsr olunmuş yekun tədbirdə çıxış edəcəklər.