adalet.az header logo
  • Bakı 11°C
27 Noyabr 2021 10:28
755
HADİSƏ

Zaqatalada 64 yaşlı kişinin tövlədən asılmış meyiti tapıldı

Zaqatalada intihar hadisəsi baş verib.

Adalet.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Danaçı kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Zeynalabid Məmməd oğlu Abakovun meyiti yaşadığı evin həyətində yerləşən tövlədən asılı vəziyyətdə aşkar edilib.

Əsəb xəstəliyindən əziyyət çəkən Z.Abakovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.