adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 May 2019 18:06
9132
MƏMLƏKƏT

ZAQATALA: PREZİDENTİN RƏHBƏRLİYİ İLƏ DAHA BÖYÜK UĞURLARA DOĞRU

(əvvəli ötənsaylarımızda)

Rayonun şəhər, qəsəbəvə kənd yaşayış məntəqələrində qaz xətlərində təmir işləri davam etdirilmiş,müxtəlif diametrli borularla yeni qaz xətləri çəkilmişdir. Üç ay ərzində 3qeyri-əhali və 1386 yeni əhali abonenti qeydiyyata alınmış, 01 aprel 2019-cu iltarixə rayon üzrə əhali abonentlərin sayı 22816, qeyri əhali abonentlərin sayı202 olmaqla ümumi abonent sayı 23018 təşkil etmişdir.

NazirlərKabinetinin iclasında respublikada qazlaşdırmanın ən yüksək səviyyədə olduğunu,və bu il də qazlaşdırma ilə bağlı işlərin aparıldığını qeyd edən Cənab Prezident vurğuladı ki,"...biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qazalmayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazıntəzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlərgörülür ki, əhaliyə keyfiyyətli qaz verilsin." Odur ki, rayonda fəaliyyət göstərən aidiyyatıqurumlar bütün imkanları səfərbər edərək bu sahədə işlərini tələb olunan səviyyədə qurmalı və cənab Prezidentin bu sahədə olantapşırıqlarını yerinə yetirməlidirlər.

Keçən rübdərayonun yaşayış məntəqələrində enerji təminatı sahəsində "Azərişıq"Açıq Səhmdar Cəmiyyəti Zaqatala Elektrik Şəbəkəsi tərəfindən əhalinin fasiləsizelektrik enerjisi ilə təmin edilməsi məqsədilə 1.0 km uzunluğunda 10-kv-luq,1.5 km uzunluğunda 0,4 kv-luq hava xətləri, əsaslı təmir olunmuşdur.

Eyni zamandarayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatınınyaxşılaşdırılması sahəsində də işlər davam etdirilmişdir. Belə ki, USAİD və Azərbaycan Hökuməti tərəfindənmaliyyələşdirilən SEDA (Sosial-İqtisadi İnkişaf Fəaliyyəti) layihəsi vasitəsiilə Yuxarı Çardaxlar kəndinə 200 m uzunluğunda su qəbuledici qurğu quraşdırılmış,2 km məsafəyə yeni su xətti gətirilmişdir.Yaşayış məntəqələrində yararsız vəziyyətdə olan su xətləri dəyişdirilmiş, su xətlərindəsızmaların qarşısı alınmış, müxtəlif ərazilərdə yararsız hala düşmüş suboruları dəyişdirilərək yeniləri ilə əvəz edilmişdir.

I rüb ərzindərayonda əhaliyə poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsindəmüvafiq işlər aparılmış, əhali, müəssisə və təşkilatlara göstərilən xidmətlərinkeyfiyyəti yaxşılaşdırılmış, internet istifadəçilərin sayı 450 nəfər artaraq01.04.2019-cu il tarixə 14901 nəfərə çatmış, telefon abunəçilərin sayı 23505 nəfərolmuşdur. Hesabat dövründə rayonun ümumtəhsilməktəblərində "Ümumtəhsildə keyfiyyət ili"nin davamı olaraq təhsilinkeyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüş, məktəblərdə açıq dərslər, bilik yarışları,müsabiqələr keçirilmiş, seminarlar təşkil olunmuşdur.

Birinci rüb ərzində respublika fənn olimpiadasının rayon mərhələsikeçirilmiş, iştirak edən 381 nəfərdən 89nəfəri yüksək nəticə göstərərəkolimpiadanın zona mərhələsində iştirak etmişdir.

Ümumilli liderHeydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat"müsabiqəsinin rayon mərhələsində Z.Murtuzəliyev adına şəhər 1 nömrəli tam ortaməktəbinin 10-cu sinif şagirdi qalib olaraq respublika mərhələsində iştirak etməkhüququ qazanmış, "Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsininqalibi Göyəm kənd tam orta məktəbinin 10-cu sinif şagirdi olmuşdur. Ümumtəhsil məktəb şagirdləriarasında keçirilən "Əlaçı" intellektual televiziya oyunun respublikamərhələsinin qalibi Mamrux kənd tam orta məktəbinin 10-cu sinif şagirdi MusayevMusa Bədrəddin oğlu olmuşdur.

2019-cu ilinbirinci rübü ərzində rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən 55718 nəfər ambulator qəbul, 748 nəfər evəgediş olmuş, 382 uşaq doğulmuşdur.

Hesabat dövründərayonda qeydiyyatda olan 2081 nəfər şəkərli diabeti olan, 412 nəfər vərəmli,307 nəfər onkoloji, 696 nəfər psixiatrik, 7 nəfər hemofiliyalı xəstəyə müvafiqqaydada müayinə və müalicələr təyinedilmiş, xroniki böyrək çatışmazlığı olan 41 nəfərə mütəmadi olaraq ZaqatalaMüalicə Diaqnostika Mərkəzində dializ proseduru aparılmışdır.

RespublikaPrezidenti cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən əhalinin kütləvi profilaktik müayinələrə cəlb olunması işidavam etdirilmiş, 5 mərkəzdə həyata keçirilmiş tibbi müayinələrdə müvafiq dövr ərzində40236 nəfər müayinədən keçirilmiş, 2634 nəfər ambulator, 40 nəfər stasionarmüalicəyə cəlb edilmişdir ki, bundan da 5 nəfərüzərində cərrahiyyə əməliyyatıaparılmışdır. Tədbirlər may ayınadək davam etdiriləcəkdir.

2019-cu ilin ilküç ayı ərzində rayonda milli-mənəvi dəyərlərimizin qorunması, gənclərimizdə vətənpərvərlikhisslərinin artırılması məqsədilə rayondatarixi günlər, əlamətdar hadisələrvə bayramlarla əlaqədar müxtəlif tədbirlər həyata keçirilmiş, dövlət əhəmiyyətligünlər münasibəti ilə geniş bayram şənlikləri, konfranslar keçirilərəkkonsert proqramları təşkilolunmuş, müxtəlif sərgilər nümayiş etdirilmiş, kompazisiyalar, ədəbi-bədii gecələr təşkil edilmişdir.

Azərbaycan XalqYaradıcılığının 2019-2023-cü illər üzrəİnkişafına dair Strateji Fəaliyyətinin Planına uyğun olaraq rayonda bir sıra tədbirlərhəyata keçirilmiş, Xalq Teatrının iştirakı ilə rüb ərzində tamaşalar göstərilmiş,Milli teatrın yaranmasının 146 illiyi ilə əlaqədar "Xalq sənəti vəMilli Teatrın əsası" mövzusunda Xalq teatrının kollektivi ilə görüşkeçirilmiş, məktəblilərin yaz tətili ərəfəsindənağıl tamaşa oynanılmış, BeynəlxalqTeatr gününə həsr olunmuş Xalq Teatrınıniştirakı ilə tamaşa nümayiş etdirilmişdir.

Heydər Əliyevirsinin təbliği ilə əlaqədar kitabxana filiallarında "Xalq üçünyaşanan ömür", "MüstəqilAzərbaycanın memarı","Dahiliyin Heydər zirvəsi","Tarix yaradan insan","Müstəqil Azərbaycanın banisi", "Heydər Əliyev -xalqın xilaskarıvə müstəqil Azərbaycanınbanisidir ", "Əsrin sönməzgünəşi", "Ümummmilli lider-Heydər Əliyev" adlı sərgilərdə təşkil edilmişdir.

AzərbaycanRespublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında AzərbaycanRespublikası Prezidentinin Sərəncamına uyğun olaraq rayonun mədəniyyət müəssisələrində "2019-cu il Nəsimi ilidir" başlığı altında sərgilər təşkiledilmiş, silsilə tədbirlərinkeçirilməsi davam etdirilir.

2019-cu ilinbirinci rübü Zaqatala idmançıları üçün dəuğurlu olmuş, rayonda gənclər və idman sahəsində müxtəlif tədbirlər həyatakeçirilmiş, bu tədbirlərə yüzlərlə yeniyetmə və gənc cəlb olunmuşdur.

Cüdo idman növüüzrə Milli komandanın üzvü Vəlizadə Oruc Valeh oğlu İtaliyanın Roma şəhərindəkeçirilən Açıq Avropa birinciliyində 1-ci yerə layiq görülmüş, Polşanın Varşavaşəhərində keçirilən cüdo üzrə Avropakubokunun sahibi olmuşdur. Cüdo idman növü üzrə Milli komandanın üzvü ZutovaGözəl Həbibullah qızı Qazaxstanda keçirilən sərbəst güləş üzrə Qadınlararasında Beynəlxalq turnirdə 2-ci, Bakı şəhərində keçirilən universaldöyüş idman növü üzrə Qadınlar arasındaDünya Kubokunun sahibi olmuşdur. 2019-cu ilin birinci rübü ərzində rayon, qəsəbəvə kənd yaşayış məntəqələri ərazilərində abadlıq-quruculuq və yaşıllaşdırma işlərininaparılması diqqət mərkəzində saxlanılmışdır.

Nümayəndəliklərdəmövcud sosial-iqtisadi problemlərin və yerli əhəmiyyətli məsələlərin həllolunmasında, abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin aparılmasındaRİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərininvə bələdiyyələrin qarşılıqlı fəaliyyəti təmin olunmuşdur. RİHB-nın inzibati ərazidairəsi üzrə nümayəndəlikləri və bələdiyyələr öz ərazilərində mütəmadi iməciliklərtəşkil etmiş, magistral yolların kənarlarının abad və təmiz saxlanılmasına daimdiqqət yetirilmişdir.

Yığıncağa yekunvurularkən deyilmişdir:

- Cənab İlhamƏliyevin Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə, rifah halının daimyaxşılaşmasına yönələn syorulmaz fəaliyyəti hər keçən ildə öz müsbət nəticələrinidaha bariz şəkildə nümayiş etdirir və cənab Prezidentin dediyi kimi, biz əminikki, 2019-cu ildə qarşımıza qoyduğumuz bütün vəzifələri icra edəcəyik. Rayonİcra Hakimiyyəti bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi altında dahagüclü Azərbaycan naminə bütün qüvvələrini səfərbər edəcək, 2019-cu ili də böyükzəfərlərlə başa vuracaqdır...

Məzahir ƏHMƏDZADƏ