adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 May 2019 17:14
8774
MƏMLƏKƏT

ZAQATALA: PREZİDENTİN RƏHBƏRLİYİ İLƏ DAHA BÖYÜK UĞURLARA DOĞRU

Vətənə məhəbbət,xalqa xidmət, insanlara qayğı və diqqət ulu öndərin həyat amalı olaraq AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin simasında ən yüksək mərhələdədir. Bizartıq bunu hər gün görür və yaşayırıq. Cənab Prezidentin dövlət məmurlarından,vəzifə sahiblərindən istək və tələbləri də məhz bu cür çalışmaq və yaşamaqdır.Bu gözəl örnək dövlət başçısı səviyyəsində, eyni zamanda Birincivitse-prezident Mehriban xanım Əliyevanın gündəlik fəaliyyətində cəmiyyətəsirayət etməklə xalqla hakimiyyət birliyini daha da möhkəmləndirir, ölkəmizindaha gözəl gələcəyindən xəbər verir.

Yerlərdə bu örnəyinxüsusi istiqamətləri formalaşır. İnsanların yaşam tərzinə çevrilir. Nikbin əhval-ruhiyyəninhökm sürdüyü bölgələrdən biri də, şübhəsiz, Zaqatala rayonudur. Zaqatalalılardövlətimizin qayğısına cavab olaraq bütün sahələrdə uğurlar qazanmağa, vətənətöhfələr verməyə çalışırlar. Bu səbəbdəndir ki, istər kənd təsərrüfatınınaparıcı bölmələrində, istərsə də sənaye, tikinti, xidmət işlərində davamlıinkişaf təmin olunur. Ürəkaçan məsələlərdən biri də şəhərin modern inkişafı,gözəlliyi ilə yanaşı qəsəbə və kəndlərin də hərtərəfli müasirləşməsidir. Təcrübəlidövlət məmuru, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə iləsöhbətimiz zamanı bildirir ki, Zaqatala kimi turizm potensiallı bir rayonda buməsələlərin həlli, yəni infrastruktur paylaşımı vacib şərtlərdəndir. Zaqatalayagələn turistlər rayonun bir sıra kəndlərinə də maraq göstərir, təbiət gözəllikləriilə birbaşa təmasda olmaq istəyirlər. Eləcə də qədim yerlər və abidələrlə.Artıq Zaqatalanın ən ucqar istiqamətlərində belə müasir tələblərə cavab verənyol, rabitə, iaşə və digər məsələlər öz həllini tapmaqdadır. Mübariz müəllimdən söz düşmüşkən bir nüansıxüsusi olaraq diqqətə çatdırmaq zərurəti yaranır. Onun və başçılıq etdiyi icraaparatının nümunəvi iş üslübu idarəetmədə ciddi faktdır. Başçının bütün sahələrəeyni diqqətlə yanaşması, fərq qoymadan bütün sakinlərlə səmimi davranışı, təvazökarhəyat tərzi illərdir ki, onu camaatın ən hörmətli və doğma adamına çevirib. CənabPrezidentin dövlət məmurlarından, vəzifə sahiblərindən tələb və istəyi də elə fəaliyyətinbu cür formalaşması və həyat tərzinə çevrilməsidir


Bu günlərdəkeçirilən ümumrayon yığıncağında da bir sıra məsələlərlə yanaşı Nazirlər Kabinetinin2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıdaduran vəzifələrə həsr olunan iclasında cənab Prezidentin insan amilinə xüsusiönəm verməsi vurğulanmışdır. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik" - deyənPrezident İlham Əliyev regionaların sosial-iqtisadi inkişafına dair dördüncüDövlət Proqramının əhəmiyyətindən də danışmışdır.

Ümumrayonyığıncağında geniş məruzə ilə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətininbaşçısı Mübariz Əhmədzadə demişdir:

- DövlətProqramının icra olunduğu 2004-2018-ci illər ərzində rayonda ümumi məhsulburaxılışı 2003-cü ilə nisbətən 2018-cı ildə 7,4 dəfə, sənaye məhsulunun həcmi73,2 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 3,9 dəfə, tikinti quraşdırma işləri25,9 dəfə artıb. Bu müddətdə həyatakeçirilmiş məqsədyönlü tədbirlər nəticəsində rayonda 19649-i daimi olmaqla26002 iş yeri açılmışdır.

Artıq2019-2023-cü illəri əhatə edən 4-cü Dövlət Proqramının icrasına başlanılmış, 17tədbirin icrası istiqamətində müəyyən işlər görürlmüş, 207-ı daimi olmaqla 227iş yeri açılmışdır ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədəazaldılmasına xidmət göstərmişdir.

2019-cu ilinbirinci rübü ərzində rayonda sənayedə 39,1 milyon manat, kənd təsərrüfatında14,3 milyon manat, tikintidə 4,3 milyon manat, ticarətdə 17,0 milyon manat,rabitədə 0,6 milyon manat, nəqliyyatda1,1 milyon manat olmaqla cəmi 76 milyon 500 min manat məhsul istehsaledilmiş və xidmətlər göstərilmişdir. Bu da kecən illə müqayisədə sənayedı 49,8faiz, kənd təsərrüfatı 8,1 faiz, nəqliyyat4,4 faiz, informasiya və rabitə xidmətləri 5,7 faiz, ticarət 2,5 faiz olmaqlaümümi məhsul buraxılışının həcmi rayon üzrə 23,2 faiz artmışdır. pərakəndə əmtəə dövriyyəsi 3,4 faiz, pulluxidmətlərin həcmi 9,3 faiz artmış, əsas kapitala yönəldilən investisiyaların həcmi4 milyon 564 min manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 4 milyon343 min manat təşkil etmişdir.

Sahibkarlığa KöməkMilli Fondu tərəfindən prioritet hesab olunan kənd təsərrüfatı sahələrinimaliyyələşdirilməsi məqsədi ilə 1 layihə üzrə 15,0 min manat həcmində güzəştlikredit verilmiş, rayonun iqtisadiyyatına ümumilikdə 799,2 min manat həcmində özəlinvestisiya qoyulmuşdur ki, onun da 74,5 min manatı xarici, 724,7 min manatıyerli investisaya olmuşdur. Cəlb olunan investisiyanın 63,8 faizi xidmət sahələriüzrə obyektlərin, 36,2 faizi sair xidmət sahələrin inkişafı üçün xərcedilmişdir.

Ötən il rayonbüdcəsinə vergi və tədiyyələr üzrə 1,6 milyon manat vəsait daxil olmuş, proqnoztapşırıqlar 102,9 faiz icra edilmiş, gəlirlərin 39,2 faizi dövlət sektorunun,60,8 faizi qeyri-dövlət sektorunun payına düşmüş, vergi qanunvericiliyini pozan8 vergi ödəyicisinə tətbiq edilmiş 295,6 min manat həcmində maliyyə sanksiyanın114,4 min manatın büdcəyə ödənilməsi təmin edilmişdir.

Cari ilin 1-cirübü ərzində məcburi dövlət sosial sığorta haqqları üzrə büdcəyə 1 milyon 194min manat, işsizlikdən sığorta üzrə 42,5 min manat vəsait daxil olmuş, proqnoztapşırıqlar məcburi dövlət sosial sığorta haqqları üzrə 120,4 faiz, işsizlikdənsığorta üzrə147,3 faiz icra edilmişdir.

Hesabat dövründəmərkəzləşdirilmiş xərclərdən 917 min 786 manat subsidiya alınmış, büdcə xərcləri2 milyon 294 min 613 manat və ya 89,8 faiz icra olunmuşdur.

Hesabat ilində133 pensiya işi təyin edilmiş, 16576 pensiyaçıya, 200 nəfər kimsəsiz qocalaraxidmət göstərilmiş, 5303 nəfərə sosial müavinət, 757 nəfərə Prezident təqaüdü,158 ailənin 639 üzvünə ünvanlı sosial yardım verilmişdir.

İşsiz və işaxtaranvətəndaşların sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə rayonda artanyekunla 2029 nəfər, o cümlədən 2019-cu ilin birinci rübündə 1001 nəfərişaxtaran kimi qeydiyyata alınmış, onlardan 353 nəfər münasib işlə təminolunmuş, sosial müdafiəyə daha çox ehtiyacı olan 15 nəfər müəyyən olunmuş kvotayerlərinə göndərilmişdir. "Əmək yarmarkası"nın və "Əhalininözünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" AzərbaycanRespublikası Prezidentinin Sərəncamının icrası olaraq Mərkəzdə işaxtaran kimiqeydiyyatda olan vətəndaşlardan 261 nəfər seçilərək sənədləri Dövlət MəşğulluqXidmətinə təqdim edilmişdir. 16 nəfərə "Öz biznesinə başla və təkmilləşdir"mövzusunda xüsusi təlimlər keçmiş, qiymətləndirmədən keçdikdən sonra onlara özbiznesinə başlamaq üçün aktivlər- mal-material verilməsi təmin ediləcəkdir.

Aqrar sektorda həyata keçirilmiş tədbirlər sayəsində rayonda2019-cu ilin birinci rübündə kənd təsərrüfatı məhsullarının istehsalıkeçən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artım olmuşdur.

AzərbaycanRespublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı DövlətProqramı"nın icrası ilə bağlı rayonda kənd təsərrüfatı tədbirləri davam etdirilərəkcari ilin birinci rübündə 2019-cu ilin məhsulu üçün 10990 ha sahədə payızlıqtaxıl, o cümlədən 7630 ha sahədə buğda sahələrinə aqrotexniki xidmət göstərilmiş,3936 ha sahədə yazlıq bitkilər olmaqla, 1377 ha sahədə yonca, 1194 ha sahədəkartof, 945 ha sahədə tərəvəz, 390 ha sahədə qarğıdalı, 30 ha sahədə bostanbitkiləri əkilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyihaqqında" 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli sərəncamının icrasıolaraq 52 nəfər istehsalçıya 472,84 ha tütün sahəsindən əldə olunaraq emal müəssisələrinəsatılmış 41,067 ton quru və 4636,176 ton yaş tütünə görə cəmi 25234,23 manatsubsidiya ödənilmiş, 2019-cu ilinbirinci rübündə fermer təsərrüfatlarına güzəştli qaydada 724,45 ton mineral gübrələr və 405 litr pestisidlərsatılmışdır.

(ardı növbətisayımızda)

Məzahir ƏHMƏDZADƏ