"Zalda bir dənə də olsa boş yer yox idi" - Azərbaycan tamaşası Estoniyada - MÜSAHİBƏ

Estoniyada azərbaycanlı aktyorlarımız qastrol səfərindəolublar. Səsi-sorağı teatr, film sevərlərin də qulağına çatdı. Mən də istədimki, bu səfərlə bağlı girişdə məlumat verməyim, hər şeyi müsahibim, həminqastrolsəfərinin təşkilatçısı, Estoniyada yaşayan Sənəm Əliyevanın dilindən eşidəsiniz.
- Bu günlərdə aktyorlarımız Estoniyada oldular.Bildiyimizə görə təşkilatçı siz idiniz. Baş tutan bu səfərlə bağlı nə deyə bilərsiniz?
- Estoniya Dramteatrında Azərbaycandan gələn truppanın qastrol tamaşasına hazırlıq mərhələsinidemək olar ki , bir il idi başlamışdıq. Hələ keçən ilin may ayında Estoniyada Baltik Film İnstitutunda Azərbaycanfilm günü təşkil etdim və bunun çərçivəsində rejissor Emil Quliyevin"İkinci Pərdə" filmini də nümayiş etdirdik. Film gününə həm də EmilQuliyevi və baş rolun ifaçısı Hikmət Rəhimovu dəvət etmişdik. Çox maraqlı bir tədbirkeçdi. Həmin günlərdə dahi aktyor Fuad Poladov dünyasını dəyişdiyi üçün biz tədbirionun anım təqdimatı ilə başladıq. Və elə həmin layihə ərəfəsində Hikmətlə söhbətimizdəqastrol tamaşası layihəsi barədə danışdıq və bunu dahi aktyorumuza ithaf etməyiqərarlaşdırdıq. Eston Dram teatrı ilə iş birliyim olduğu üçün bu ideyanı sevinclə qarşıladılar və dəstək verməyə hazırolduqlarını bildirdilər.
- Bu işdə sizinlə birgə daha kimlər var idi?
- Qastrol tamaşasıüçün Pol Villardın "Köhnə telefon" adlı əsəri seçildi. Rejissor AbdulqəniƏliyev bu əsəri təklif etmişdi və yekunda tamaşanın uğurunu görəndə mən buseçimin nə qədər düzgün olduğuna bir daha əmin oldum. Tamaşada baş rolda HikmətRəhimov, digər rollarda əməkdar artist Münəvvər Əliyeva və gənc aktrisa FidanBayramova çıxış edirdi. Tamaşa 18 martdaEstoniya dram teatrının səhnəsində oynanıldı.
- Tamaşaçılar çox idimi? Xoşlarına gəldimi?
- Bəli, zalda bir dənədə olsa boş yer yox idi. Bir layihə rəhbəri kimi deyə bilərəm ki, bu qastrol tamaşasınınbaş tutması üçün çəkdiyiniz bütün əziyyətlərə dəyərdi. Qeyd etmək lazımdır ki,tamaşaçılar əsas etibarı ilə teatr xadimləri, müxtəlif teatrların direktorları,bədii rəhbərləri, rejissorlar, aktyorlar dramaturqlar və sairə idi.
- Bəs dil? Başa düşmədikləri dildə baxırdılar axı.
- Tamaşa onlar üçünyad dildə oynanılırdı. Lakin rejissorun düzgün seçdiyi tamaşanın həlli yolu,aktyorların son dərəcə məharətli oyunu, sevimli Lala xanımın ovsunlayıcı səsi(telefon operatoru) , düzgün seçilən musiqilər - bütün bunlar tamaşanı çoxanlaşılan etmişdi. Hamı ovsunlanmışdı, elə bilir eston tamaşaçısı emosionaldeyil ,onlar tərif edib alqışlamağı sevmir. Amma tamaşa bitəndə gurultulualqışlar kəsilmək bilmirdi. Mövzunun dərinliyi və aktuallığı, tamaşanın düzgünqurulması, aktyorların məharəti hamını heyran etmişdi. Tamaşadan sonra ziyafətzalında qəbul təşkil olunmuşdu. Ziyafətdə Estoniya dram teatrının direktoruRein Oja çıxış edərək belə gözəl layihənin təşkilinə görə təşəkkür etdi.Tamaşaya yüksək qiymət verən direktor incəsənətin eyni dildə danışdığınıvurğuladı. O, aktyor Hikmət Rəhimovu dahi aktyor adlandırdı. Estoniya inteqrasiyafondunun rəhbəri İrene Käosaar da tamaşa haqqında yüksək fikir söyləyərək yaddildə olmasına baxmayaraq nə qədər anlaşılan olduğunu söylədi: "Mən artıqonların yad dildə danışdıqlarını da unutmuşdum, hər şey çox aydın və anlaşılanidi. Hətta bəzi yerlərdə ağladım da”. Çıxış edənlərin hamısı tamaşaya yüksəkqiymət verdilər, müsbət rəylərini bölüşdülər
- Maddi dəstəyiniz var idimi?
Tamaşa Estoniya Mədəniyyətnazirliyi, Estoniya İnteqrasiya fondu, Estoniya Azərbaycan icması tərəfindən dəstəklənmişdi.Lakin mənim bu qastrol tamaşasını həm də xeyriyyə layihəsi kimi adlandırmağa haqqımvar, çünki bu tamaşaya Abdul müəllim, Lalə xanım, Pəri xanım (afişanın müəllifi),Hikmət və digər aktyorlar heç bir mənfəətgüdmədən öz zəhmətlərini bəxş ediblər. Təvözakarlıqdan uzaq olsa da , deməliyəmki, mən də bu işdə heç bir şəxsi mənafe güdməmişəm.Tamaşada deyildiyi kimi - biz bir yola çıxdıq,sonu esqdir. Hər birimiz bu işi Azərbaycan naminə, teatra olan sevgimizdən vəFuad müəllimə olan ehtiram və məhəbbətimizdən etdik. Tamaşa uğurla baş tutdu,bu barədə Estoniya televiziya kanalı məlumat verdi, Tallin incəsənət radiosumüsahibələr hazırladı və bu yaxında efirdə olacaq. Bu layihə Azərbaycanı, onunmədəniyyətini tanıtmaq baxımından çox mühüm idi.
- Texniki işlərdə kimlər dəstək oldu?
- Tamaşanı texniki cəhətdənEstoniya dram teatrının səs və musiqi rejissorları (Raido) idarə edirdi ki, onlara da minnətdarıq. Səhnənindekorasiyasının qurulmasında da Estoniya Dram teatrının dekoratoru Erik əlindəngələn köməyi əsirgəmədi. Bu məzmunda iş birliyi mədəniyyətlər arası münasibətlərininkişafına təkan verir və bir-birini dərk etməyi asanlaşdırır.
Estoniya icmasının rəhbəriNiyazi Hacıyevə, Gənclər təşkilatının rəhbəri Zəhra Qəhrəmanlıya və Ülvi Qəhrəmanlıyadəstək üçün təşəkkürümüzü bildiririk. Tamaşaya Estoniya Mədəniyyət nazirliyinin nümayəndələri,Azərbaycanın Estoniyadakı səfiri, Türkiyənin Estoniyadakı səfiri, Estoniyaparlamentinin üzvləri, Tallin şəhər vitse-meri və nümayəndələri baxmışdı.
Digər Xəbərlər

Azərbaycan Polisi 107 yaşında

Sən Azərbaycan polisisən! - VİDEO

Son bir ildə 2599 qohum nikahı qeydə alındı

Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR

Azad edilmiş ərazilərdə daha 440 mina aşkarlandı

Fərid Əsgərova general-mayor rütbəsi verildi

Üç qurum “Azərbaycanfilm” kinostudiyasındakı partlayışla bağlı məlumat yaydı
