adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Aprel 2014 11:44
5472
MƏMLƏKƏT

Zakir Həsənov : “Şəhidlərimizin intiqamını tezliklə alacağıq”

Bakıda C. Naxçıvanski adına HərbiLiseydə "Hərbi Lisey Günü” adlı mərasim keçirilib.


Adalet.az-ın məlumatına görə, mərasimdə Azərbaycanın müdafiə naziri, general– polkovnik Zakir Həsənov, Baş Qərargah rəisi, general-polkovnik NəcməddinSadıkov, Azərbaycan Prezidentinin hərbi köməkiçisi, Prezident Administrasiyasırəhbərinin müavini, general-leytenant Vahid Əliyev, qoşun növlərininrəhbərləri, generallar və qonaqlar iştirak ediblər.


Əvvəlcə Hərbi Liseyin 1971-ci ildə Heydər Əliyev tərəfindən yaradıldığınıbildirən xatirə lövhəsinin açılışı olub, Azərbaycanın dövlət himnisəsləndirilib. Mərasimin açılışı zamanı bildirilib ki, müdafiə naziri Z.Həsənov aprelin 18-də Heydər Əliyevin C. Naxçıvanski adına Hərbi Liseyin şəxsiheyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprelgününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin gün "Cəmşid Naxçıvanskiadına Hərbi Lisey Günü" kimi qeyd edilməsi haqqında əmr imzalayıb. Müdafiənazirinin digər əmrinə əsasən Hərbi Liseyin ilk buraxılışının 40 illikyubileyinin keçirilməsinin təşkili üzrə Təşkilat Komitəsi yaradılıb, ildönümüilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib. Əmr şəxsi heyətəoxunub.


Daha sonra liseyin şəxsi heyətinin qarşısında çıxış edən Z. Həsənov HeydərƏliyevin sayəsində liseyin yaranma tarixindən, habelə ordu quruculuğunda, IQarabağ müharibəsində oynadığı mühüm roldan danışıb:

"Vətənimiz Ermənistansilahlı qüvvələrinin hücumlarına məruz qalanda, düşmən torpaq iddiaları iləQarabağa hücum edəndə, Vətənin çağırışına ilk olaraq Cəmşid Naxçıvanski adınaHərbi Liseyin yetirmələri gəldilər. Xeyli zabitimiz Azərbaycanın ərazibütövlüyü uğrunda şəhid oldu. Mən şəhidlərimizin ruhu qarşısında baş əyirəm vəböyük əminliklə bəyan edirəm ki, Heydər Əliyevin siyasətini uğurla davametdirən Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin intiqamınıtezliklə alacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik. Azərbaycan prezidentiİlham Əliyevi və xalqımızı əmin edirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundansonra da Heydər Əliyev ideyalarına sadiq qalaraq Ali Baş Komandanın əmrlərinəhər an hazır olacaq”.

Çıxış edən V.Əliyev isəbildirib ki, 1971-ci ildə öndər Heydər Əliyev bu məktəbi yaradanda, ondan başqaheç kim məktəbin yaradılmasının son məqsədini bilməyib: "Amma Heydər Əliyevbilirdi və sonralar özü də dediyi kimi arzularına çatdı. Azərbaycanda güclüordunun təməli qoyuldu”.

Tədbirdə müdafiə naziriZakir Həsənovun əmri ilə bir qrup hərbi qulluqçu və müəllim fəxri fərmanla vəqiymətli hədiyyələrlə təltif edilib.