Zakir Həsənov və Hulusi Akar təlimləri izlədi - FOTOLAR
Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "Qış təlimi - 2023" beynəlxalq təlimi çərçivəsində “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.
Adalet.az xəbər verir ki, əvvəlcə müdafiə nazirlərinə “Qış təlimi - 2023” təlimi barədə raport verilib. Ordu rəhbərləri yeni nəsil texnika və avadanlıqlarla tanış olub, təlimin maddi-texniki təminat hissəsinə baxış keçiriblər.
Sonra Azərbaycanla yanaşı iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqların icrasını nümayiş etdiriblər.
Yekunda Türkiyənin milli müdafiə naziri H.Akar, Azərbaycanın müdafiə naziri general-polkovnik Z.Həsənov, Gürcüstanın müdafiə naziri C.Burçuladze müşahidəçilər və digər rəsmi qonaqlar qarşısında çıxış ediblər.
Qeyd edək ki, cari ilin 18 yanvar - 03 fevral tarixlərində keçirilən təlimdə ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq göstəriblər.
Digər Xəbərlər
08 Sentyabr 2026 18:00
ƏDV-dən və gömrük rüsumundan azad edilən malların siyahısı genişləndirilib
08 Sentyabr 2026 17:47
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
08 Sentyabr 2026 17:37
DİN AMERİPOL-da müşahidəçi statusu əldə edib
08 Sentyabr 2026 16:27
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
08 Sentyabr 2026 14:24
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
08 Sentyabr 2026 14:13
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
08 Sentyabr 2026 12:38
Sabah hava necə olacaq?
08 Sentyabr 2026 12:27


Bakı -°C

