Zakir Həsənov Milli Qəhrəmanın 40 mərasimində - Fotolar
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Qusar rayonunda olub. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, əvvəlcə şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin, o cümlədən Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi ehtiramla anılıb.
Sonra Qusar rayon mərkəzləşdirilmiş kitabxanası qarşısında Müdafiə Nazirliyinin nəşr etdirdiyi Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin "Çingiz dastanı” kitabının təqdimatı olub. Mərasimdə çıxış edən Müdafiə naziri Zakir Həsənov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Milli Qəhrəmanın atası Salman Qurbanov və digərləri Çingiz Qurbanova, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə verilən yüksək qiymət, onların ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildiriblər.
Kitabın ilk nüsxəsi Milli Qəhrəmanımızın atası S.Qurbanova təqdim olunub. Bundan əlavə, kitabın nüsxələri Qusar rayonunun bütün orta məktəblərinə və kənd kitabxanalarına da hədiyyə edilib.
Sonra Qusar rayon ictimaiyyətinin və hərbçilərin iştirakı ilə Milli Qəhrəmanımız Çingiz Qurbanovun 40 mərasimi keçirilib.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27