Zakir Həsənov Kərim Vəliyevlə müalicə olunan hərbçilərə baş çəkdi - VİDEO
Martın 20-də Müdafiə Nazirliyinin rəhbərliyi Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Adalet.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş olunub. Nazirliyin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb. Hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.
Sonra Hospitalın tibb işçiləri ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, burada müalicə və müayinə olunan hərbi qulluqçulara xüsusi həssaslıqla yanaşılması və daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Baş Klinik Hospitalın kollektivi və burada müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonra Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Anar İsmayılov hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, ehtiyatda və xidmətdə olan hərbi qulluqçulara, onların ailə üzvlərinə daha keyfiyyətli tibbi xidmət göstərilməsi məqsədilə tətbiq olunan yeniliklər, o cümlədən yeni praktik müalicə yanaşmaları barədə brifinq təqdim edib.
Müdafiə nazirinə məruzə olunub ki, hərbçilərimizin müayinə və müalicəsi üçün bütün növ şəraitin yaradıldığı Baş Klinik Hospitalda tibbi personal yüksək peşəkarlıq və həvəslə fəaliyyət göstərir.
Sonda müdafiə naziri Hospitalın ərazisində tibb xidmətinin balansında olan, müasir avadanlıqlarla təchiz edilmiş, ambulator xidmətlər üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə tanış olub.
Digər Xəbərlər
19 Dekabr 2025 17:45
Səhiyyə Nazirliyində tibb mütəxəssisləri ilə görüş keçirildi - FOTO
19 Dekabr 2025 16:53
Qan banklarının siyahısında dəyişiklik edildi
19 Dekabr 2025 16:46
Dövlət qəzetləri üçün alınacaq kağızın norması müəyyənləşdi
19 Dekabr 2025 16:42
Baş nazir Daxili İşlər Nazirliyi ilə bağlı QƏRAR İMZALADI
19 Dekabr 2025 15:33
"Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir" - Arayik
19 Dekabr 2025 13:39
Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir
19 Dekabr 2025 13:30
"Ailə institutunun məhv edilməsi 21-ci əsrin ən böyük müharibəsidir" - Komitə sədri
19 Dekabr 2025 13:27


Bakı -°C

