Zakir Həsənov Çinə səfər etdi - FOTOLAR
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Çin Xalq Respublikasının milli müdafiə naziri admiral Dong Junun dəvəti ilə 12-ci Syanşan Forumunda iştirak etmək üçün Pekində işgüzar səfərdədir.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, sentyabrın 18-də müdafiə naziri “Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi” şüarı ilə keçirilən 12-ci Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.
Forum çərçivəsində general-polkovnik Zakir Həsənov çinli həmkarı admiral Dong Jun və Mərkəzi Hərbi Şuranın Avadanlıqların İnkişafı Departamentinin direktoru general Xu Xueqiang ilə görüşüb.
Keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə keçirilən forum sentyabrın 19-dək davam edəcək.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

