adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Oktyabr 2018 14:28
5385
GÜNDƏM

Zakir Həsənov Çexiyada danışıqlar aparır

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin iri sənaye holdinqi - "Czechoslovak Group”un rəhbərliyi ilə görüşüb.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, holdinqə daxil olan müdafiə sənayesi şirkətlərinin fəaliyyəti və onların istehsal etdikləri məhsullar barədə brifinqlər təqdim edilib.