adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Sentyabr 2015 17:46
2898
SİYASƏT

Zakir Həsənov Böyük Britaniya səfiri ilə görüşüb

Sentyabrın 3-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq ilə görüşüb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin nümayəndələrinin bəzi beynəlxalq qurumlar tərəfindən qəbul edilməsinin narahatçılıq doğurması ifadə olunaraq, bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
 
Eyni zamanda nazir Zakir Həsənovun Böyük Britaniyaya planlaşdırılan səfəri barədə məsələlər də müzakirə edilib.