adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Fevral 2019 15:47
80301
ŞOU-BİZNES

Zahidin Sabirabadlının başdaşısız məzarı, Ağakərimin xəstə canı... - İntiqam VALEHOĞLU yazır

ZahidSabirabadlının dəfnindəki izdiham kimin yadındadır? Ən azı 3-4 min insan olardıhəmin mərasimdə. Xatırladınızmı? Ötən ilin dekabr ayı idi. Bütün saytlar, televiziyalarhəmin izdihamdan yazırdı, çəkirdi, göstərirdi. Cəmi bir neçə gün sonra həyatyoldaşı və oğlu Hikmət Zaurun verilişinə çıxdılar. Verilişdə ipoteka borcubağlandı, ailəsi belə demək mümkünsə, mənzillə təmin edildi. Yəqin düşünürsünüzki, üstündən üçaya yaxın vaxt keçib, indi bunları xatırlatmağın nə mənası var?Haqlısınız, amma azacıq da səbr edin, izah edəcəyəm.

Eləindicə qarşıma bir video çıxdı və məni az öncə oxuduğunuz cümlələri düşünməyəvadar edən də həmin video idi. Tanınmış klarnet ifaçısı Zahid Qubadlı həmkarıZahid Sabirabadlının qəbrini ziyarət edirdi. Amma qəbir hələ də götürülməmişdi.Bilməyənlər üçün xatırladım ki, Zahid Sabirabadlı dekabrın 18-də vəfat edib.Yəni, fevralın 18-də iki ayı tamam oldu. Lakinələ də qəbirüstü abidəsi hazırdeyil. Dostu Elşənlə danışdım, dedi ki, qardaşı ilə məsləhətləşib cavabverəcək. Əslində, qardaşının nə deyəcəyini də təxmin etmək çətin deyil. Deyəcəkki, vəziyyətimiz yaxşı deyil, kasıbçılıqdı...

BəsZahid vəfat etdiyi günlərdə məzarı başından selfi çəkdirib paylaşanlar, dəfnmərasimində mərsiyyə deyən həmkarları hardadır? Axı məzarüstü abidə nə böyükşeydir? Hər həmkarı çox yox, on manatdan "atışsa" düzəlməzmi bu iş?Tələbəsinə zəng vurmuşdum, o da deyir ki, niyə götürülmədiyindən xəbərimyoxdur.

Doğrudanmı,sənət aləmi bu qədər iyrəncdir? Gerçəkdənmi Zahid üçün deyilən həmin sözlərboğazdan yuxarı idi, bir günlük dozası var idi. Əslində, bundan daha betərmənzərəni mən Hüseyn Dərya vəfat edəndə görmüşdüm. Hüseynlə duet oxumaq üçünnövbəyə düzülənlər dəfn mərasimində qeyb olmuşdular. Axı Zahid bu ölkədə ənüzdə olan sənətçiləri müşayiət edib, hətta belə demək mümkünsə, bəzilərinəçörək verib.
Yəqin ki, normal məzar daşı 2-3 mindən yuxarı başa gəlməz. Üç aya üç minmanatlıq xərci bu qədər dost-tanış, həmkar çəkə bilməzdimi? Sabah Zahidinməzarı başında dediyiniz sözlər hardasa qarşınıza çıxsa, vicdanınız siziboğmayacaqmı?

Şübhəsizki, qəbirüstü abidənin götürülməsi ailənin məsuliyyətidir. Amma əgər ailəimkansızlıqdan verilişə çıxırsa, deməli, yük Zahidin çörək kəsdiyi, çörəkverdiyi, dost dediyi insanların çiyninə düşür.
Yaxşı, Zahidi qoyuram bir kənara. Meyxanaçı Ağakərim iki ildir yarımcanvəziyyətdədir, hələ ki sağdır. Eşitdiyimə görə Ağamirzədən başqa heç birhəmkarı ona kömək etmir. Amma inanıram ki, Allah eləməsin, sabah Ağakəriminbaşına bir iş gəlsə, indi yoxa çıxan həmkarlar telekanallara müsahibə verməküçün növbəyə düzüləcəklər.

Bilirsinizmiki, Ağakərimi klinikaya aparıblar, lazımi məbləğ olmadığına görə on gündənsonra evə qaytarıblar. Hansı ki o məbləğ bir "sponsorun" birmüğənniyə bir gecədə xərclədiyi pulun yanında qəpik-quruşdur. O məbləğ bəlkə dəhansısa müğənninin, meyxanaçının, sənətçinin iki dəfə restoranda verdiyihesabın yarısı qədərdir. Deyək ki, müğənnilər pisdir, etibarsızdırlar. Axımeyxanaçıların hər iki kəlməsindən biri "yaxşı oğlan", "etibarlıdost", "dar günün dayağı" kimi söhbətlərdir. Hansı meyxanaçınıdanışdırsan, müğənniləri bəyənməyəcək, musiqiçilərə ağız büzəcək. Amma indikihalda meyxanaçıların etdiyinin ən yumşaq adı etibarsızlıq, naxələflikdir. Sabahsizin hansı vəziyyətə düşəcəyiniz, hansı xəstəlikdən əziyyət çəkəcəyinizözünüzə məlumdurmu? Əlbəttə, yox!

Zahidinbaşdaşısız məzarı, Ağamirzənin xəstə canı yolunuzu gözləyir. Tələsin, gecdeyil...