adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
23 Sentyabr 2014 00:26
7023
SİYASƏT

Zahid Oruc “Şərurlu İsfəndiyar”-ı müdafiə etdi

""Şərurlu İsfəndiyar”ın payçıları aldadıb-aldatmaması, hansı şəkildə fəaliyyət göstərməsi haqqında məlumatlı deyiləm. Əgər o, sərvətini qanuni yolla əldə edibsə, oğlunun bahalı avtomobil idarə etməsində qəbahət yoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc "Şərur MTK”-nın sahibi, el arasında "Şərurlu İnsfəndiyar” kimi tanınan "tikinti maqnatı” İsfəndiyar Axundovun oğlunun 650 min dollar qiyməti olan "Lamborghini” avtmobili ilə dərsə gəlməsindən və bu məsələnin ictimailəşməsindən danışarkən belə deyib.

Bu məqamda xatırlatmaq verək ki, adıçəkilən gəncin atası tikinti biznesi ilıə məşğuldur və indiyə qədər yüzlərlə payçını aldatması, pullarını mənimsəməsi, bir mənzili bir neçə nəfərə satması ilə bağlı haqqında mətbuatda çoxsaylı yazılar dərc edilib.

Millət vəkili Zahid Orucun sözlərinə görə, statusundan asılı olmayaraq, kimlərinsə dəbdəbəli həyatı ilə digərlərini sıxması yolverilməzdir: "Biz kapitalist cəmiyyətində yaşayırıq. Bu cəmiyyətlərdə hər kəsin varlanmaq, öz intellekt və istedadını nümayiş etdirmək hüququ var. Demək ki, kasıblar var deyə, villalar tikilməməlidir, bu səhv yanaşma olar. Lakin təvazökarlıq da yaxşı şeydir və hər kəs gərək öz davranışlarında bu amili nəzərə almalıdır. Cəmiyyəti kökləmək ki, varlılar hamısı pisdir. Sadə insanları qisas və kinə kökləmək, bu düzgün deyil. Biz çalışmalıyıq ki, ölkədə yaşayış minimumunu artırmağa nail olaq. Bu gün Avropa bunun üzərində işləyir. Hazırda dünyasını dəyişmiş deputatlardan biri vaxtilə Milli Məclisdə belə bir təklif irəli sürmüşdü ki, yaşayış minimumu ilı yanaşı yaşayış maksimumu da müəyyən olunmalıdır. Allah rəhmət eləsin, o çıxış hamı tərəfindən rəğbətlə və səmimi qarşılandı. Mən də həm bir millət vəkili, həm də ictimaiyyət fəalı olaraq bunun tərəfdarıyam”.