Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ!
Milli Müdafiə Universiteti (MMU) bu ilin dekabr ayının 20-dək "Ehtiyat zabit hazırlığı kursu"na sənəd qəbulu elan edir.
Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Ehtiyat zabit hazırlığı kursu"na ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş 35 yaşınadək kişilər müraciət edə bilərlər.
Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir və Hərbi Həkim Komissiyasının qərarına əsasən zabitlərin həqiqi hərbi xidmətinə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.
Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi və ixtisas uyğunluğu nəzərə alınmaqla kursa qəbul edilirlər.
mmu.edu.az saytının "Təhsil müəssisələrinə qəbul" bölməsindəki "Ehtiyat zabit hazırlığı kursu" hissəsində hərbi uçot ixtisaslarının ali təhsil ixtisaslarına uyğunluğu barədə ətraflı məlumat əldə etmək mümkündür.
Tələb olunan sənədlərə kursa qəbul olunmaq barədə ərizə, anket forması, tərcümeyi-hal (bir nüsxədə), təhsil haqqında sənədin surəti (bir nüsxədə), xarici dövlətlərdə təhsil almış namizədlərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənədin notarial qaydada təsdiq edilmiş surəti, doğum haqqında şəhadətnamənin surəti (bir nüsxədə), yaşayış yeri və ailə tərkibi haqqında arayış (bir nüsxədə), əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.), şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (bir nüsxədə), sürücülük vəsiqəsinin surəti (əgər varsa, bir nüsxədə), nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, bir nüsxədə), həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (bir nüsxədə), rəngli fotoşəkil (baş geyimsiz, anfas, altı ədəd 3x4 sm və bir ədəd 9x12 sm), hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, bir nüsxədə), psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar aiddir.
Qeyd edək ki, məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

