adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Iyun 2017 11:48
199068
RUBRİKA

Yuxulara dərindən inanıram - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər günrastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzunqaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tezxatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibindəveyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar,sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizisarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürənatlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxulargöstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhurpsixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı”rubrikasının bu dəfəki qonağı yazıçı Zahid Sarıtorpaqdır. Adalet.az müsahibənitəqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil,sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizinfikriniz necədir?

– Bufikrin özü də yuxunun nə olduğuna düzgün aydınlıq gətirmir. Müqəddəs kitablardayuxularla bağlı geniş açıqlama verilməsə də belə bir fikir var ki, "hər yuxununhökmü yoxdu”. Həmin ifadəni "Dərdin sarı çəpkəni” romanında mistik yuxular görənBulud müəllimin dilindən də işlətmişəm. Əminəm ki, yuxuları çözmək, yozmaqsarıdan minillik ənənələr olsa da dəqiqlik mümkün deyil. Bu günkü elm dəyuxuların dəqiq psixoanalizini verə bilmir. İnsanın kimliyini, varlığını,dünyaya niyə gəlib, niyə getdiyini çözmək mümkündü ki, onun yuxularını dayozmaq mümkün olsun?


-Yuxularınız həyatınıza necə təsir göstərir, yənigördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

– Yuxularhəyatıma necə təsir göstərə bilər ki? Hardasa uzaq gənclik illərində belə şeylərhaqda çox düşünürdüm, amma çözüb bir yana çıxa bilmirdim. Az qala yuxularımıruhların ölülərlə dirilər arasında yerdəyişməsinə – metempsixoza,reankarnasiyaya bağlayırdım. Təbii ki bunların hamısı xülyalar idi. O ki qaldıyuxulara görə plan qurmağa, yox, əllbəttə, belə şeylər heç ağlıma da gəlmir... Ammaistisnalar olur, bəzən gördüyüm yuxulara dərindən inanıram.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

– Dərindən heç vaxt...


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

– Bəzi yuxularındoğrudan da mistik olduğu qənaətindəyəm. Amma izahını verə bilmərəm. Ümimiyyətləheç kim bunu bacarmaz.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

– Olur. Məsələn, ötənil bu vaxtlar yuxuda gördüm ki, Şamaxıdakı bağçamızdayam. Ərik ağacınınaltından keçmək istəyirəm. Ağacın böyük, əyri bir budağı var, görürəm, qırılıbdüşür, yolumu kəsir. Əlimi uzadıb götürmək istəyəndə, həmin budaq tüstüləyib qəfildənalışdı... Ayılandan sonra heç yana yoza bilmədim, daha doğrusu buna heç cəhd dəetmədim. Üstündən bir müddət keçəndən sonra Şamaxıya gedəndə heyrətimdən yerimdəcədonub qaldım. Ərik ağacının yuxumda qırılıb düşən, tüstüləyib tutuşan həminazman budağı qırılıb düşməsə də qupquru qurumuşdu...


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

– Uşaq vaxtı gördüyüm bir yuxum var.Sadə bir yuxu. Çox qəribədi, heç vaxt yadımdan çıxmır: qürub çağıucu-bucağı görünməyən, başdan-başa xəzəllərlə örtülmüş bir çöllükdə ağlaya-ağalayayalqızca gedirəm, amma bir dənə də olsunağac yoxdu. Ayaqlarım altında xəzəllər xışıldadıqca xışıldayır. Ağlaya-ağlaya:"Bunlar hardan tökülüb belə?” fikirləşirəm... Əslində, bu yuxuda çözüləsi,yozulası elə də bir şey yoxdu. Amma tez-tez xatırlayıram.

Bir yuxum da var. Son on ildə görüb unutmadığım ən gözəl bir yuxum. Adgünlərimdən biriydi, amma neçə yaşım olduğu indi yadımda deyil. Axşam qonaqlarımız gələsiydi. Gündüz bir azdincəlmək üçün yatası oldum. Yuxuya gedib gördüm ki, rəhmətlik valideynlərim vədünyasını təzəcə dəyişmiş qardaşım geyimli-keçimli, əllərində böyük güldəstələri qapıdan girdilər. Hamısı gülər üzlü, xoşbəxt görkəmli. Atam ağ rənglibalaca bir kisəni mənə verib dedi ki, "bunu da baban göndərib”. Açıb gördüm qızılırəngli bir cüt üzəngidi, bir də qantarğası-zadı üstündə olan təptəzə bir yüyən.Atam: "at da qapıdadı...” deyəndə eşiyə yüyürdüm. Ağ rəngli bir ayğır gördüm. Ağyalmanlı, ağ birçəkli bir ayğır! Həyətdə dırnaqlarını yerə döyüb oyur-oyuroynayırdı...

O gün mənə verilən hədiyyələrin içində ən gözəli həmin yuxuydu...


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faiziağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

– Qəribədi, əksər yuxularım yaddaşımdaqalmır. Ayılmağımla elə bil sehirli bir əl "delete düyməsi”nə basır, gördüklərimiyaddaşımdan silir. Amma xatırladığım yuxular rənglidi... Olsun ki, ağ-qara dagörürəm, amma unuduram.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

– Demək olar ki, çoxnadir hallarda atam, anam, digər doğmalarım yuxuma girir. Çox nadir hallarda.Qardaşım Rəşidi görmək istərdim, bacım oğlu Vasifi, qardaşım oğlu Zauru. Onlardünyalarını vaxtsız dəyişiblər. Dostum Şaiq Vəlini çox istərdim görəm, ammainsafsızdı, döymür yuxumun qapısını...


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olaninsanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı biraləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

– Bu fikrin nə qədər dəqiq olduğunu deyəbilmərəm. Amma insan istəsə irreal aləmdənsə, bu dünyanın özünə ruhən köklənibsonu görünməyən aləmlər içində nisbi də olsa, öz xoşbəxtliyini yaşaya bilər.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

– Yazılarımda təbiətənmetafizik dünyagörüşünü qəbul edən birisi kimi görünsəm də yuxuları çözmək mənlikdeyil qənaətindəyəm. Ona görə dəqiq heç nə deyə bilmərəm.