adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Noyabr 2017 12:48
154223
RUBRİKA

Yuxular mənim vətənimdir... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür.Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zamanyoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığıniçində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrindəəli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr,düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızınsakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içindəeynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bukütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajıolmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında"Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzdamövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazıçı Cavid Zeynallıdır. Adalet.az müsahibəni təqdim edir.


- Froyda görə, yuxu mənasızbir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildəgerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Yuxunun mənasız bir şey olmağı ilə razı deyiləm. Ən azı ona görəki, yuxu ədəbi fakta çevrilib. Yuxu mistik bir təzahürdür. Mistika daədəbiyyatın vazkeçilməzidir. Bizim ədəbiyyatda da, dünya ədəbiyyatında da yuxuilə bağlı çoxlu əsərlər var. Mən tutaq ki, Oblomovun yuxusunu dünyaədəbiyyatının ən maraqlı yuxusu hesab edirəm. Biz yuxu görməyəndə yarımçıqoluruq. Bütün arzularımızın saxlanc yeridir yuxu. Hərdən xəyallarımıza oyuxular vasitəsilə çatırıq. Bu mənada yuxu bizi xoşbəxt edir.


- Yuxularınız həyatınızanecə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Yuxuya görə dəyişir bu. Bəzən yuxu məni depressiyaya salır, bəzənisə üzümü güldürür. O yuxunun ləzzəti ilə yaşayıram bir günü. Amma planlamağagələndə isə belə bir xasiyyətimin olduğunu xatırlamıram. Mən yuxu ilə bağlı"Dərd qapını tapmır” adlı hekayəm var. Hekayəni danışmaq istəmirəm, sadəcə,oxumağınızı istəyirəm.


- Yuxudan sonra onunyozumları haqda baş sındırırsınız?

- Uşaqlıqda, yeniyetməlikdə olurdu. Bəzən indi də olur. İnternetdə nəçox yuxuyozmalar... Yozmaq da yaradıcılıq işidir. O yozumlar mənə hansısa mövzuverə bilər. Həm də bu yozumlar yuxumun təsir gücünü artırmaqda, yaxudazaltmaqda mənə kömək eləyər. Uşaq vaxtı hamının nənəsi deyirdi ki, get, yuxunusuya danış. Suya danışmaqdan yuxularımız suya düşdü. Mən bəzən yuxularımı itirirəm.Səhər durub ha yadıma salıram, bir şey çıxmır. Gecə gördüyüm yuxu kəsik-kəsikgələn səs kimi başımın içində fırlanır.


- Yuxuların mistik hadisəolduğuna inanırsınızmı?

- Mənə görə, mistik hadisədir. Amma bəzən belə də olmur. Bir gününiçində beyninə yığdığın fikirlər gecə yıxılıb yatanda canlanır, bir filməçevrilir və sən oturub ona baxırsan. O film montajsız olur, yaxşı qurulmur,ssenarisindən əyər-əksiklər tapılır, ancaq yenə də sənə doğma gəlir.


- Gördüyünüz yuxular çinolurmu, ya da əksinə?

- Bir dəfə yuxuda gördüm ki, dayım əyninə qara qadın paltarı keçirib.7-ci ya da 8-ci sinifdə oxuyardım. Səhər yuxudan durdum, xəbər gəldi ki, xalamdünyasını dəyişib.


- Həyatınızda gördüyünüz ənyadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- O qədər olub ki... Amma pisi odur, yadda qalmırlar. Səhər durankimi maraqlı yuxuları yazmaq lazımdır. Sizə sonuncu yuxumu danışa bilərəm.Görürəm ki, pulsuzam, maaş kartımı bankomata salıb pul çıxarmalıyam. Nə illahedirəm, şifrəni xatırlaya bilmirəm. Çox çətin vəziyyətə düşmüşdüm. Səhəryuxudan qalxdım. Yoldaşım dedi, krediti mən köçürərəm, sən kartı ver mənə.Kartı verdim, soruşdu ki, şifrəsi neçədir? Yuxum yadıma düşdü və tərslikdən reallıqdada şifrəni xatırlaya bilmədim. Yaxşı ki, telefona yazmışdım.


- Bəzi adamlar yuxudaağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirirki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Mənim də yuxularım rəngsiz olur. Hərdən yuxularımı "Şindlerinsiyahısı”na bənzədirəm. O filmdəki qırmızı ətəkli qız kimi hərdən ağ-qarayuxuma bir rəng qarışır. İşıqlı yuxularımı isə xatırlaya bilmirəm. Yadımadüşmür. Ağ-qara yuxular isə mənim xəyallarımın vətənidir. Bəlkə də xəyallarım oqədər miskindir ki, onu yuxuda rənglərlə ifadə etmək olmur.


- Hansı doğmanızı daha çoxyuxuda görürsünüz?

- Yəqin ki, bütün doğmalarım yuxularımın qonağı olub.


- Yunan filosofu Heraklınyuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünyavardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində heyfırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Yuxu mənə görə, həyatla ölüm arasındakı fasilədir. Bu fasiləninadına Herakl başqa bir dünya deyir. Doğrudur, yuxu başqa bir aləmdir. Bizhəyatda nə qədər aciziksə, yuxuda o qədər cəsarətli və bəxtəvərik.


- Dahi yazıçılardan,rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

- Yadıma bircə nəfər düşür. O da Knut Hamsundur. Yuxuda söz atır ki,"Günəşi gözləyənləri” "Aclıq”dançırpışdırmısan. Mən də deyirəm, məsələni çox dramatikləşdirmə, sadəcə,təsirlənmişəm. Bığaltı gülüb barmağını silkələdi və çıxıb getdi.


- Sizə görə yuxularımızhəqiqətə çatdırır bizi?

- Həqiqət də nisbi anlayışdır. Bilmirəm, yuxunun bizə apardığıhəqiqət hansı həqiqətdir?