adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Yanvar 2017 12:21
181587
RUBRİKA

"Yuxular keçmiş həyatlarımızdan fraqmentlərdi" - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hərgün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur.Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içindətez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əlicibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar,sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizisarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürənatlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxulargöstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhurpsixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapsı”rubrikasının bu dəfəki qonağı rəssam Gülər Fahaddır. Adalet.az müsahibəni təqdimedir:


- Froyda görə, yuxu mənasız bir şey deyil,sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizinfikriniz necədir?

- Fikrimcə,yuxular insanın həyat tərzi, psixoloji vəziyyətilə bağlıdı. Yuxular həmarzularımızı, həm də narahatlıqlarımızı əks etdirə bilir. Mənasız bir şey deyildeyə mən də düşünürəm. Yuxular həm də deyəsən təsəlli üçün var.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yənigördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Planlarımıqurmuram, yuxulara görə plan qurmaq mənə gülməli gəlir. Amma elə yuxum olub ki,həyatımda köklü dəyişiklik edib. Elə bil, bir növ yuxuda cəsarət tapırsan ya daqətiyyətli olursan. O da bir dəfə olub. Xoşbəxtlikdən peşman olmamışam.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Maraqlıbir əhvalat kimi, film kimi danışa bilərəm. Yuxular mənim üçün fantastik əsərlərdi.Yozumu maraqlı deyil deyə bilmərəm, maraqlıdı. Yozuram, ya kimsə yozur. Yozumlarolmasa yuxuların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını da bilmərik. Bir dəgörürsən hansısa yuxu gerçək, gələcək həyatın eskizi çıxır.


- Yuxularınmistik hadisə olduğuna inanırsınızmı?

- Pərdənin arxasını görmədiyimçün mənə mistik gələbilər. Əslindəsə hər şeyin məntiqi açıqlaması var. Nəyi, niyə, necəgördüyümüzün də.Ya bəlkə yuxular bir növ rabitədi, bir mesajdı, keçmiş həyatlarımızdanolan fraqmentlərdi. Bəlkə sadəcəbeynimizin bizə oyunu. Bilmirəm.


- Gördüyünüz yuxular çin olurmu, yada əksinə?

- Çin də olur, əksinədə.


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

- Yadda qalan ya heç yaddan çıxmayan yuxudeyim. Mənim indi xatırladığım 2 yuxu var ki, təkrarlanan yuxulardı. Detallarda fərqlilikola bilər, amma məzmun eynidi. İldə bir dəfə ya iki ildən bir eyni yuxunugörürəm. Hər dəfə taxtadan ev görürəm .Ya bir mərtəbəli ya iki. Yuxuda övladım olur, əlimdən alırlar. O evin qabağında ağlayıram. Yadımdadı, hələməktəbdə oxuyandan bu yuxunu görməyə başlamışdım. Hər dəfə də təsirindən birmüddət sonra çıxıram. O biri yuxuda daancaq qaçıram, kimsə məni təqib edir. Hər dəfə dəbaşqa bir adam xilas edir. Ya qatarın altına yıxılmaqdan, ya da maşın yolundan. Ən gözəl yuxumu indi xatırlamasam da, gözəlyuxularım da çox olur. Elə özümə də maraqlıdı, uzanıb baxıram.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faiziağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

 - Mənrəngli yuxu görənlərdənəm. Qoxunu, dadı belə xatırlaya bilirəm.


- Hansı doğmanızı daha çox yuxudagörürsünüz?

 - Anamı. Adətən , mən onuyuxumda görəndə, o da məni görür.


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olaninsanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı biraləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- İnsanlar şablon həyat fəaliyyəti sürdükləriüçün bir növ yuxuya getmiş sayılırlar. Çünki bütün həyat fəaliyyətləri şərtireflektorlara çevrilir. Şüura ehtiyac qalmır. Reflekslər şüura nisbətən nadirhallarda yanılırlar.


- Sizə görə yuxularımız həqiqətəçatdırır bizi?

- Hansı həqiqətə? Nəyinhəqiqətinə? Yuxular bizi azdıra da bilər.