adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Aprel 2017 11:18
209975
RUBRİKA

“Yuxudan ayılmasam, ürəyim partlayardı”– YUXU QAPISI

Yuxu həyatın tərsüzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Buradazaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. Oişığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizinküçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr,düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir.Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çölboyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axınıbizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi.Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapsı”rubrikasının bu dəfəki qonağı jurnalist, yazar Vasif Ayandır. Adalet.az müsahibənitəqdim edir:


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmışarzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizinfikriniz necədir?

-İxtisasca psixoloq olduğumüçün Ziqmund Freyd biz psixoloqların mənəvi atası sayılır da (gülür) Ona görədə onun qeyd etdiyin fikriləri: "yuxu mənasız bir şey deyil, sıxışdırılmışarzuların, təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir." Mən də Freydinfikirləri ilə demək olar ki, razılaşıram.



-Yuxularınız həyatınıza necə təsir göstərir, yənigördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Yuxularınhəyatıma təsiri bilirsiniz necə var? Məsələn çox neqativ yuxu görmüşəmsə bugün ərzində ovqatıma təsir edir. Eləcədə pozitiv yuxular əhvalıma yaxşı təsirgöstərir. Bilirsiniz mən biraz qəribə adamam. Yuxuları boş vermirəm. Onlar mənidərindən düşündürür.


-Yuxudan sonra onun yozumları haqda başsındırırsız?

- Yuxudansonra onun yozumları barədə düşünürəm, əlbəttə. Mənə maraqldır ki, filankəs axıniyə mənim yuxuna gəlmişdi. Bunu bir səbəbi olmalıdır. Deməli onun haqqındanəsə çox düşünmüşəm ki, bu şüuraltıma təsir göstərib. Adətən belə deyirlər ki,yuxu prosesi elə-belə baş vermir. İnsan bir insan haqqında çoxlu düşünəndə vəyaxud onunla bağlı hər hansı bir yadda qalan detal fikirləşəndə, bu psixolojiolaraq sənin şüuruna təsirini göstərir, daha sonra yuxu prosesi baş verən zamanbaşqa bir formada gerçəkləşir.


-Yuxuların mistikhadisə olduğuna inanırsınızmı?

-Yuxuların mistik hadisə olmasını yox, amma dəqiq hərhansı bir mənası olduğuna inanıram. Yuxu bir başqadünyadır. Var real dünya, var axirət dünyası, birdə yuxudakı dünya. Bu üçdünyadan, sən, sadəcə yuxuda olan dünyada azadsan və ürəyin istədiyi kimi hərəkətedə bilirsən. Burda sənə heç bir qadağalar yoxdur. "Mutluluğun takəndisidir" türklər demiş. (gülür)

-Gördüyünüz yuxularçin olurmu, ya da əksinə?

-Gördüyümyuxuların çin olması və ya əksinə olmasını heç yoxlamamışam. Yəni bununla bağlıdəqiq yadda qalan bir şeyi xatırlaya bilmirəm. Bir də mənə qəribəgələn bir şey var ki, nəyə görə yuxular qısa bir zaman ərzində yaddaşımızdansilinir? Bu sual mənə qaranlıq qalıb həmişə. Birdə mənə qaranlıq qalan yuxunubeş dəqiqə ərzində qısa, sinopsis versiyasında görünür, amma yuxudan ayılanda görürsən 7-8 saat zaman keçib. Bəs biz elə 7-8saat ərzində bu qədər, xronometrajı az olan yuxu görə bilmişik? Bax bu sual damənə həmişə qaranlıq qalır.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Adam var ki, deyir mən heç bir zaman yuxu görmürəm. Mən buna təəccüblənirəm.Bu necə olmaya bilər axı? Yuxu bizim düşünmədiyimiz ssenari ilə hər gün özaxarındadır. Yuxu prosesi bizdən asılı olmayan formada reallaşır. Necə görməməkolar axı? Bəlkə də görürlər amma xatırlaya bilmirlər. Mən özüm də dəfələrləmaraqlı yuxular görmüşəm amma ayılınca onu xatırlamaqda çox çətinlik çəkmişəm.Təəssüflənmişəm ki, nəsə maraqlı bir anı qaçırmışam. ən gözəl yuxumu tamxatırlaya bilmirəm, amma mənim ruhuma təsir edən, məni duyğulandıran, mənəpsixoloji təsir edən yuxular olub ki, heç bir zaman yadımdan çıxmır. Məsələn, yuxuda qızımıitirməyim, onu bir anda itirdim və nə qədər etdim tapa bilmədim. Yuxuda bütünküçələri dəli kimi, həyacanla dolaşırdım. əgər biraz da artıq davam etsəydi bu yuxu ürəyim partlaya bilərdi. O,qədər təlaşla yuxudan ayılmışdım ki. Ağlamışdım. Bundan əlavə yuxudavalideynlərimi itirməyim, qardaşımı itirməyim məni dəhşətli dərəcədə pərişanedib. Ayıldıqda onları daha çox sevib, sağ olduqları üçün Allaha dua etmişəm.ən dəhşətli yuxum isə Qiyamət gününü görmək idi. Bu yuxunuhardasa 8-9 il bundan öncə görməyimə baxmayaraq təsirindən illərdi çıxa bilməmişəm. Sanki bir film idi. İnsanlar necəqaça-qaçda idi. Dünyanın bütün insanlarını bir neçə məscidə toplayırdılar. Hamıtəlaşla özünə yer axtarırdı məscidin bir küncündə. Norveçdən, İsveçdənaxın-axın insanlar gəlirdilər, özlərinə yer etmək üçün. Bunların içərsindəyeganə təlaşlı adam mən idim. O basa-basda tələsik səccadə axtarırdım ki, nə qədər çox dua etsəm, namaz qılsam,o qədər çox qazancımdı. (gülür) Çox uzun yuxudu mənqısa danışıram. Səma üzərinə böyük formada, rum rəqəmləri ilə "XXI əsr,SON" yazılması, indidə gözümün önündən getmir. Həyacanla yanımda dayanmışhündür, dəbilqəli geyimdə insan idi bilmirəm, ya hansısa məxluqat idi, ondansoruşdum ki, bu məscidin içərisinə axı, dünyanın bütün insanları sığışmayacaq,hamısı bura gələcəklər?" Adamcavab verdi ki: "Nəyinki dünyanın bütün insanları, bütün ölülərdə az sonraburda toplanacaqlar." Vallah bunu indi belə xatırlayanda həyacanlanıram.



-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faiziağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Mən özüm dəyuxularımın rəngli olmasını yada sala bilmirəm. Səhv etmirəmsə mən də yuxularımı ağ-qaragörürəm.


-Hansı doğmanızıdaha çox yuxuda görürsünüz?

- Mən yuxudadünyasını dəyişmiş qohumlarımı çox görürəm. Rəhmətlik nənəmi, bibimi. Neçə dəfə yuxudanənəmi sağ görmüşəm. Bir dəfə yuxuda görürəm ki, yuxarı evin pilləkənlərindənkim isə astaca düşür. Mən rayonda böyümüşəm, orda evimiz həyət evidir, ikimərtəbədir. Nənəm də yuxarıda öz otağında yaşayardı. Nənəm 1998-ci ildə dünyasını dəyişib. O, qədər şirin qadın idiki, hamı onu sevirdi. Toppuş, maraqlı bir insan idi. Onun pensiyasını mənhəmişə alıb verirdim özünə deyə məni dəhşət çox istəyirdi. O, dünyasınıdəyişəndə mənim adımı sayıqlayırdı. 16 yaşım var idi. O, zaman ölüm haqqındaçox dərin düşünə bilmirdik. O, dünyasını dəyişəndə çox təsirlənmişdim. Yuxudadagördüm ki, kimsə asta-asta yuxarı evdən pilləkənlərlə düşür. Mənə qəribə gəldi ki, axı nənəm həyatda yoxdur, bu onun addımsəslərinə oxşayır. Tez qapını açdım, gördüm nənəm, öz ənənəvi geyimində, başında şalı, üzü nurlu formada aşağı mərtəbəyəyaxınlaşır. Dərin təəccüblə onabaxıram, deyirəm "Ay Nənə, sən ölməmisən? Axı sən ölmüşdün?" Üzcizgilərindəki emosiyanı dəqiq xatırlaya bilmirəm, amma "Yoxölməmişəm" deyib otağımıza keçdi. Ayılanda elə bilirdim bu yuxu deyil, o, həqiqətən sağdı. Heyif ki,yuxu real deyildi. Mən daha heç vaxt onuntoppuş üzündən öpə bilməyəcəkdim...


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıqolan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrıbir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Yunan filosofu Heraklla tam razıyam. Mən yuxuda hərgün bir aləmdəyəm. Açıq etiraf edim ki, pornoqrafik yuxular çox tez-tezgörürəm. Çox qəribədir ki, real həyatda heç vaxt rast gəlmədiyim ən gözəlqadınlarla yuxuda sevişmişəm. Mən yuxuda elə gözəl qadınlarla əylənirəm,sevişirəm ki, o, qadınları heç kəs təsəvvür belə edə bilməz. Sarışın, əsmər.Ordada özümə bu sualı verirəm: "axı onlar bu yaraşıqsızda nə görüblərki?" Məşhur türk kinorejissoru, aktyoru var, Yılmaz Güney. Onun ləqəbi"Çirkin Kral" idi. Mən də yuxudakı füsünkar, ehtiraslı qadınlar üçünyəqin ki, "çirkin kral" olmuşam. (gülür)


-Sizə görəyuxularımız həqiqətə çatdırır bizi?

-Yuxularımızhəqiqətə çatdırırmı? Bu mübahisəli sualdı. Dəqiq cavab verə bilmərəm. Amma mənbütün acısı və sevincinə rəğmən yuxularımı sevirəm. Bu mənim yuxularımdı,mənimkidir. Mənə aiddir. Yeri gələndə məni ovundurur. Yuxu dəqiq bir dünyadır.Bu dünyanın açmasına o biri dünyada cavab tapacağıma inanıram. Ola bilməz ki, bu yuxular boş və mənasız olsun..!