adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Noyabr 2017 13:34
177769
RUBRİKA

Yuxuda həyəcan keçirirəm, unutmağa çalışıram...– YUXU QAPISI

Yuxuhəyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin oüzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıqişıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hərgün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır.Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim obiri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzənbeynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrininaxını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəifssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxularhaqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxularbizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxuqapısı” rubrikasının bu dəfəki qonağı yazıçı Rövşən Yerfidir. Adalet.azmüsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil,sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

-Yuxu əlbəttə, mənasız bir şey deyil, amma mən yuxuya elə də böyükəhəmiyyət vermirəm, onun ilahiləşdirilməsinin tərəfdarı deyiləm. Mənim üçünyuxu nağıla bərabər anlamdı. Yəni, reallıqdan kənar. Ona görə bəzən həqiqətdənuzaq nəsə danışanda deyirlər ki, "nağıl danışma”, yaxud da "yuxu görməmisən?”Yuxu bədənin və ruhun dincəlmə prosesidir. Bu baxımdan mən yuxulara demək olarki, inanmıram, arabir ağır yuxu görəndə bir az ehtiyatlanıram, qalan vaxtlar unutmağaçalışıram.


-Yuxularınızhəyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızıqurursunuz?

-Qətiyyən. Yaxşı yuxularainanmıram, pisini görəndə də, bayaq qeyd etdiyim kimi bir az ehtiyatlandığımüçün özümdə psixoloji hazırlıq aparıram. Yəni olacaqdan qaçmaq olmaz.


-Yuxudansonra onun yozumları haqda baş sındırırsız?

-Yox, mənasız iş hesab edirəm, təsadüfən məni narahat edərsə, səbr etməyəüstünlük verirəm.


-Yuxularınmistik hadisə olduğuna inanırsınızmı?

-Düzü, o haqda dərin düşünməyə hövsələmçatmadığından konkret, dəqiq bir fikrə gələ bilmirəm. Amma bunu da danmaq olmazki, yuxu ruhun cövlan etdiyi aləm olduğu üçün onun ilahi dünya ilə təmasınainanıram.


-Gördüyünüzyuxular çin olurmu, ya da əksinə?

-Dediyim kimi, yaxşı yuxulara inamım yoxdur. Olub bir neçə dəfə, hətta,özümü xarici və ölkə liderləri ilə bir arada görmüşəm, liderlərlə salamlaşmışam.Belə yuxulardan sonra həyatımda yaxşılığa doğru heç bir dəyişikliyin başvermədiyini görəndə yuxu yozmaları haqqında eşitdiklərim, oxuduqlarım gözümdəndüşdülər. Bu sayaq yuxuları efirdəki ötəri, qaçan dalğaya bənzədirəm. Kadrlarqısa müddətdə gəlir və yox olur. Ancaq bəzən nədənsə pis yuxuların əlamətlərihəyatda az da olsa, özünü göstərir.


-Həyatınızdagördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

-Yuxulara inamım az olduğu üçün əksər vaxtlar onları görəndən az keçmişunutmağa çalışıram. Olur ki, yuxuda sıxılıram, həyəcan keçirirəm. Az keçmirharadansa mənə ayan olur ki, gördüyüm yuxudur, həyat deyil. Sakitləşirəm,ardınca sanki "RED” düyməsini basıram, anındaca bir az əvvəl gördüklərimtamamilə yaddaşımdan silinir. Ayılanda isə artıq heç nə xatırlamıram.


-Bəziadamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimləronu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Tam rəngli, hətta, həyatdakından da gözəl. Bəzən yuxuda görmüşəm ki, guyakəndimizi hansısa filmə çəkiblər və təbiət təsvirləri, dağlardakı daşlar,çəmənlər elə dəqiqliklə gözümün önünə gəlib ki, oyanıq vaxtda xatırlayanda orənglərin adını tapmağa çətinlik çəkmişəm.


-Hansıdoğmanızı daha çox yuxuda görürsünüz?

-30-40 il əvvəl ayrıldığım atamı, anamı ildə bir neçə dəfə kiçikfraqmentlər halında görürəm. Onları görəndə xüsusi heç nə baş vermir, sadəcə içimdəbir xoş duyğu, rahatlıq hiss edirəm.


-Yunanfilosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlarüçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmivardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Razıyam. Həqiqətən hər bir insanın öz yuxu aləmivar və bu ruhla bağlı aləmdir. O aləmin içində yalnız ruhun fırlanır, pərvazedir.


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləriyuxunuzda görmüsünüz?

-Heç kimi. Arzulamıram da kimisə görəm.Dahilik iddiasında olsaydım, bəlkə də istəyərdim. Görsəm, onlarla müqayisədəzəif cəhətlərimi, çatışmamazlıqlarımı duyub utanaram.


-Sizəgörə yuxularımız həqiqətə çatdırır bizi?

-Kimlərəsə görə bu belədir, yuxular insanlarıhəqiqətlərə çatdırır. Mənim üçün isə yox, nisbi gümandır.