adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 May 2017 12:41
197932
RUBRİKA

"Yuxuda gözəl bir xanımı öpəndə..." - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər günrastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzunqaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tezxatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibindəveyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar,sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizisarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürənatlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxulargöstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhurpsixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı şairYafəs Türksəsdir. Adalet.az müsahibəni təqdim edir.


-Freyda görə, yuxu mənasız bir şey deyil,sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizinfikriniz necədir?

-Freydçox maraqlı bir alim, psixoloqdur. 10-15 il əvvəl Freydin kitablarını oxumuşam.Çox maraqlı bir insandır, düşüncələrdə inqilab etmiş bir insandır. O ki qaldıonun yuxular haqda dediyi fikirlərlə razılaşıram. Mənə elə gəlir ki, yuxulardaFreydin bilmədiyi şeylər də var. Bilirsiniz, mən necə deyim sizə, sıxılmışarzular düzdü, məsələn, mən gərçəkləşməyən arzularımı yuxuda görürəm. Bir də məndəqəribə vergi var. Xüsusi bir qabiliyyət var. Bir gün sonrakı hadisələri güzgükimi görürəm. Sabah işlərim necə olacaqsa, bir gün sonra onu peyğəmbər kimibilirəm. Ancaq bunlar çox vaxt simvolik şəkildə olur. Məsələn, yuxuda gözəl birxanımı öpürəmsə, bilirəmki işim düzələcək, amma bəzən də heç simvolik olmur,gedəcəm filan adamın yanına, yuxuda gedirəm ki, yerində olmur. Yuxulardan qaçışyoxdur. Bu mənada yuxunu yozmağın da mənası yoxdur. Keçmişdə yuxuyozanlarşahları, hökmdarları aldadırmışlar ki, qələbə çalacaqsan və.s. Yuxuda nə görürəmsəo baş verir. Bilirəm ki, sabah işim alınmayacaq, məcbur bir qüvvə itələyir,gedirəm işim alınmır. Mənim düşüncəmə görə, yuxular qaçılmazdır. Bu gecədəyuxuda qohumlarımı, yaxın adamlarımı gördüm. Onlarla simvolik şəkildə söhbət elədim.Səhər-səhər yuxu yadımda idi, günortadan sonra yadımdan çıxdı. (gülür)


-Yuxularınız həyatınıza necə təsir göstərir, yənigördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Mənyuxuya görə plan qurmuram. Yuxuda bir gün sonrakı hadisələr güzgü kimi, peyğəmbərkimi mənə əyan olur. Sabah mənim görüşüm alınacaq, alınmaycaq, bu bəzənsimvolik şəkildə, bəzən də açıq şəkildə mənə əyan olur. Milyon dəfələrlə yuxudagörmüşəm ki, sabah gördüyüm işlər alınmayacaq, ziyan görəcəm, ancaq yenə də oişin arxasınca getmişəm. Həyəcanlanada yuxular görürəm. Ona görə də yuxudansonra plan qurmağa ehtiyac duymuram. Çünki qabaqcadan hər şey mənə aydın olur.


-Yuxudan sonra onun yozumları haqda başsındırırsız?

-Yuxularınyozumu haqda maraqlanmamışam. Açıb kitabını da oxumamışam. Çünki mən bir şair,yazıçı olaraq simvolik şəkildə deyilən şeylərə əyan oluram. Yuxuda gülürəmsə,danışıramsa, bilirəm ki, sabah gedib pul qazanacam. Yuxunun pozitiv yaxudneqativ tərəfini yuxuyozumu kitabını oxumadan da yazıçı hissi ilə duya bilirəm.Yuxuları özüm yozuram.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Yuxuların mistikhadisə olduğuna inanıram. Yuxuda sabah Murad Köhnəqala (Murad Köhnəqala yazıçı.red.)ilə görüşdüyümü görürəmsə, səhəri onunla görüşürəm. Bu mistik hadisə deyilsə nədirbəs? Gəlirəm həmin adamla görüşürəm. Veda fəlsəfəsinin daşıyıcılarından söhbətlərimolub. Onların dediyinə görə, dörd cür yuxu var. Birincisində deyilir ki, ruhbizi tərk edir, gedir bir gün qabağa qayıdır. Bu fəlsəfənin dediyi mənəinandırıcı gəlir. Çox məntiqli görünür. Ruh bədəndən çıxır, müvəqqəti şəkildə gəzir,zamanda dolaşır, sonra geri qayıdır, maraqlıdır.

Əsas mən gördüyümyuxuların 90 faizi şəxsi narahatçılığımla bağlıdır.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Gördüyüm yuxlarınhamısı çin olur, qaçış yoxdur.

İtirdiyim sevgililərimiyuxuda görürəm.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

-Mənim böyük qardaşım universitetdə oxuduğuvaxtlarda qəfil sətəlcəm oldu. Üç-dörd günün içində dünyasını dəyişdi. Biz onu çox sevirdik, həm ağıllı idi, həm dəailəmizin ümidi idi. Atam rəhmətə getmişdi, evin böyüyü o sayılırdı. Mən ümidedirdim ki, qardaşım universiteti bitirəcək, kömək edəcək ki, mən də oxuyacam. Qəfilölümü hamımızı sarsıtdı. Hətta hamımız dəli olmaq həddinə çatdıq. Yuxudaqardaşımı tez-tez görmüşəm. Yuxularda sağdı, bizimlə danışır, gülümsünür. Ənçox sevdiyim yuxum ölmüş qardaşımı yuxuda sağ görməyimdir.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faiziağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Gördüyüm yuxularımın ağ-qara olduğununfərqində belə deyiləm. Rənginin mahiyyətinə varmamışam. Belə çox maraqlıdır.Bilmirəm ki, yuxularım rənglidi, yaxud rəngsiz. Bunu dəqiqləşdirə bilmirəm.

Həyatı olduğu kimi yaşayıram.


-Hansı doğmanızı daha çox yuxudagörürsünüz?

-Yuxuda anamı,atamı, böyük qardaşımı görürəm. Ən çox isə anamı yuxuda görürəm. Çünki anambizim üçün çox əziyyətlər çəkib. Anam bizə həm atalıq, həm analıq edib. Atamdünyasını dəyişəndən bizə güc verən anam olub.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıqolan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrıbir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Yuxuda hər kəsin rəngarəngdünyası var. Çox da mürəkkəb şeylərdir. Məsələn, bayaq dediyiniz ağ-qarayuxular, mənim yuxularımın rəngi mənə məlum olmur. Yuxularda ilahi, mistik şeylərvar. Bizim bilmədiyimiz çox şeylər var.


-Bizimyazıçılardan kimləri yuxuda görürsünüz?

-Yazçılardan MuradKöhnəqalanı, şairlərdən Əlisəmid Kürü, Mübariz Məsimoğlunu görürəm. Hansı iləçox münasibətdə olmuşamsa onları yuxuda daha çox görürəm.

Siyasi xadimləri dəyuxumda görmüşəm.