adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Iyul 2017 11:19
205786
RUBRİKA

Yuxuda Allahı gördüm... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər günrastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzunqaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız,unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyildolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar,ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirədə. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrininaxını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə,montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında"Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizimşüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazıçı Sahilə İbrahimovadır. Adalet.az müsahibənitəqdim edir.


-Froydagörə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmişşəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

-Mənim yuxulara çox inandığımvaxtlar olub. İndi yuxuya anomaliya kimi yanaşıram. Mənə elə gəlir normal beyinyuxu görməməlidi, yaxud sahibinə yuxu göstərməməlidi. Tibbi, psixolojiyanaşıram. Beyin müvəqqəti və ya uzunmüddətli zədəli olanda insanlarqarabasmalar görürlər, sanki yuxu da psixi zədələr ucbatından gözə görünən kimişeydir qənaətinə gəlmişəm. Yuxular qarmaqarışıq və anlamsızdı. Çin çıxanyuxular haqqında danışılır. Bu yuxuların təsadüf nəticəsində düz çıxdığınıdüşünürəm. Oyanandan sonra heç bir məna daşımayan daha çox mənzərə görürük, məncə.Beynin rasional əsaslarla yaradıldığını düşünürəm. Hər hormon, hər sinir, hərdavranış, hər dəyişiklik bir qidanın, bir münasibətin və s. kombinasiyasındanyol alaraq formalaşır. Sadəcə tibb bu kombinasiyalarla sona qədər tanış deyil.Froydun nəinki yuxu, digər nəzəriyyələri də bir çox hallarda tənqid edilir,özünü doğrultmur. O, yolun başlanğıcını göstərib, bəlkə də, amma əsas mənziləçatmaqdı. Froyd həllərin müəllifi deyil.


-Yuxularınızhəyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızıqurursunuz?

-Yuxularımın olduqca doğru çıxdığıvaxtlar olub. Bir rəfiqəmin həyatındakı ən önəmli hadisələri illər öncə görmüşəm.Seçdiyi sənət, işlədiyi məkan, ailə qurduğu adama qədər. İtirdiyim şeylərinyerini yuxuda görə bilirdim, bəzən. Amma sadaladığım mövzularla bağlı daha dərindüşündüyümdən, rahatsızlıq keçirdiyimdən, beynimin interpretasiyası sayıramgördüklərimi.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Doğmalarımıtez-tez görmürəm. Bir müddət anamla bir yerdə yatırdıq, onda eyni yuxunu ikimizdə görə bilirdik, enerji paylaşımı olurdu, sanki. Sırf bu səbəbdən onunlayatmaq istəmədim hətta.


-Yuxudansonra onun yozumları haqda baş sındırırsız?

-Olub əvvəllər. İndi buna nəvaxtım, nə də yuxuyozma kitablarınainamım var.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-İnanmıram.


-Həyatınızda gördüyünüz ən yaddaqalan və ən gözəl yuxu hansılardır?

-Konkretbelə yuxu yadıma gəlmir, açığı. Amma oyanmaq istəmədiyim bəzi yuxularda kimisəbərk çox istəmişəm, adama heyran olmuşam. Bu hiss o qədər rahatladıcı olub ki,oyananda o adamın yoxluğuna təəssüflənmişəm.


- Yunan filosofu Heraklit yuxuhaqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır.Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində heyfırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Yuxuhəqiqətən bir məkandırsa, xaotik bir məkandır. Dünyanın xaosdan yarandığınəzəriyyəsini əsas tutsaq, yuxudan daha real dünyamız var. Bu dünya olduqcamürəkkəb siyasi, sosial çətinliklərlə doludur. Mən reallıqla əlləşməyi röya iləfırlanmaqdan daha vacib hesab edirəm. Edqar Allan Po-nun şeirindəki kimi,gördüyümüz və gördükləri hər şey yuxunun içindəkiyuxudursa, mən reallığa daha yaxın röyanı seçirəm.


- Dahi yazıçılardan, rəssamlardan, filosoflardankimləri yuxunuzda görmüsünüz?

-Cavablarımdanbelə nəticə çıxardıram ki, mən yuxusu maraqsız adamam, deyəsən. Dahi incəsənətadamları ilə rastlaşmıram yuxuda. Bir-iki dəfə prezidentlərlə görüşmüşəmröyada. Onun da yozumu yalançı xülya, boş gümandı. Həqiqətlə yaxınlığı var, eləbil. Allahı görmüşəm. Amma qoca kişi şəklində. Bu da dinin beynimə daşıdığıAllah obrazıdı, yanlışdı, sinirlərimin "error”udu.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Mən yaşadığım həranda həqiqət axtaran biriyəm. Məhz yatanda bunu tapacağıma isə inanmıram. Həqiqətigörmək üçün əksinə, sözün bütün mənalarında gözün açıq olmalıdır, məncə.