adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Fevral 2017 19:49
12994
ƏDƏBİYYAT

YUXU

Yoldan keçərkən gənc bir oğlanı avtomobil vurub kənara atdı. Elə hər şey bundan sonrabaşladı. Qəza keçirmiş gənc bu zaman yarıcan halda edəbiləcəyi tək şeyi düşünməkdə görürdü.

O ailəsini düşünürdü: Anam! O bu hadisədən xəbərtutsa… Yaatam?.. Axı onun da ürəyi var!

Daha sonra gəncin həyata qarşı, qarşısı alınmaz duyğusallığı işə düşür: Görəsən ölüb eləsəm, dostlarım nə reaksiya verəcəklər? Sosialşəbəkələrdə şəkillərim vardı, yəqin özü profillərinə məni yad etmək üçün həminşəkillərimi yerləşdirəcəklər. Şəklin aşağı küncünə qara lent də çəkməkolar. Üzv olduğum gənclər təşkilatı, oxuduğum ali məktəb, yaşadığım küçə… Bəsbu sadaladığım məkanlardakı kütlə məni yad edərmi? Öhö, öhö… Bu nədir, ağzımdanqan gəlir. Deyəsən Ölürəm. Sürücü vicdanını qoyub qaçdı. Nəfəs ala bilmirəm,günəşin parıltısı gözümə qara ləkə kimi görsənir. Get-gedə pessimizmburulğanına sürüklənirəm, artıq həyatdan nəsə gözləmək də əbəsdir. Yaxşıki, bir vaxtlar nənəm mənə kəlmeyi şəhadəti öyrətmişdi. Ruhun şad olsun nənə!Gəlirəm yanına…

Dayana bilmirəm, bədənim bütövağrıya qərq olub. Yaxşısı budur sevgilimə son sözlərimi yazım, yox onugünahlandırmayacam. İstəmirəm başa düşsün ki, sevgimi rədd etməsi üzündəndaldığım dərin düşüncələr məni bu hala saldı… Cəhd elə qalx "özüm!” bacaracaqsan… Ağrılar hərəkətimi dayandırıb, iflic olmuşam sanki. Görəsən nə vaxt gözlərimi əbədiyyətə yumacam ?

Aha ilk adəm övladı dəyir gözümə...

"Dayan qardaş, indi ambulans çağırıram. Dözümlü ol, gəlir”.

Nə deyir bu görəsən, danışa dabilmirəm deyim ki, ehtiyac yoxdur onsuzda gedirəm...

Başımın üstündə dayanan adamınnədən bəhs etdiyini anlamırdım. Dərin dumanlığın içərisindən uzaqdan bir qrupinsan axını daha… Bu məni yavaş-yavaş təlatümə salır. Hər tərəfdən səsələrgəlir: "Yazıq uşaq”, "Mən gördüm, maşın möhkəm dəydi, çətin ki, yaşasın”, "Anasınayazığım gəlir”... Tək olarkən ölümdən qorxmurdum indi bu adamların hay-həşirindən təsirlənib ölümədüşmən olmayasan neyləyəsən…

Deyəsən telefonuma zəng gəlir. Kimsə cibimə əl atdı:

"Alo, xanım, telefonun sahibiqəza keçirib. Mən yoldan keçən biriyəm, burada Yuxuprospektində qəza baş verib... Bəli, bəli, həmin yolun üstündəbu telefonun sahibi qəza keçirib...”

Başa düşdüm ki, telefonda danışanmənim sevgilim idi. Həyəcandan yüksələn səs tonu mənə onutanıtmış oldu. Görəsən mənə niyə zəng edib, axı hər şeyin bitdiyini hesabedirdim. Son görüşümüzdə o nömrəmi gözümün önündəcə silmişdi.

…(düşünürəm). Demək ki,ayrılıq onun da ürəyincə olmayıb. Nə fayda artıq gecdir sevgilim!.. Başımın üstündəki qara buludları dəlib şəfəq saçsan da faydası yoxdur, çəməndəki çiçəklər soldusa açan deyil artıq…

Qəza zamanı sinirlərimin zədələnmə səbəbindənağır eşidən qulağıma vıyıltı səsi gəlir. Deyəsən ambulansdır. Çətinliklə nəfəsalıram, mənimlə ehtiyatlı olun! Aaa! Dedim axı ehtiyatlı olun. Aaaa! Bunlarkimdir? Axı başımın üstündə həkimlər olmalı idi. Polislər burda nə gəzir. Yenə vıyıltı səsi gəlir. Həkimlərindigəldilər. . Ağrıların təsirindən öz özümə dəli kimi danışırdım: Sizə ümidliyəm, baxın da, mən çətin adamam,sevgilimlə də bunagörə ayrılmışam. Siz gərəkəldən – ayağdan gedəsinizhəkimlərim! Şikəst də olsambu ağır həyatda yaşamalıyam. Doğmalarıma doymaq üçün hələçox erkəndir amma qədər, qismət, ölümsə ölüm...

Artıq maşının içərisindəyəm. Aaa!-Damarıma nəsə sancıldığınıhiss elədim. Gözlərim qapanır. Nəhayət ölürəm, bu nədir yaşıl çəmənlik görürəm. Aman Allah, cənnətə düşmüşəm. Bura həm də uşaqlıq xatirəmdə əks olunankəndimizi xatırladır mənə.

Bilməzdim ki. Cənnətdə günəşin şəfəqiadamın gözlərini çıxarır. Yox, bu tavandan sallanan lampadır. O işığı söndürün gözlərim qamaşır. Palatada həkin var?!

"Nə palata oğlum, sən nədanışırsan?.. Oyan, dərsinə gecikirsən. Nə tənbəl övlad böyütmüşəm ay Allah!

"Ana, mən hardayam?”

"Əstağfirullah!Ay bala evindəsən, dur üzünə suvur ayılsana, sənə min dəfə demişəm o yuxu filmlərinə az bax”.

"Ehh ana, yaxşı, indi hazırlanıbgəlirəm…”

Rüfət Soltan