"Yuventus"dan Kenan Yıldızla bağlı açıqlama
"Yuventus"un marketinq direktoru Mayk Armstronq komandanın türkiyəli hücumçusu Kenan Yıldız haqda danışıb.
Adalet.az xəbər verir ki, klub rəsmisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Dünya Futbol Sammitində çıxış edərkən gənc futbolçunun "Yuventus" üçün çox vacib oyunçu olduğunu bildirib.
"Klubumuz ona 10 nömrəli formanı layiq gördü. Bu, ona və onun potensialına verdiyimiz dəyərdir. Kənanla bağlı uzunmüddətli planlarımız var. Onun inkişafına mümkün qədər dəstək verməyə çalışırıq. Çox gənc olduğu üçün ona çox təzyiq etmək istəmirik. Çox istedadlı oyunçudur. Kenan gələcəkdə kluba daha da uyğunlaşacaq”.
Qeyd edək ki, Kənan Yıldız bu mövsüm A seriyasında 14 matçda 3, Çempionlar Liqasında isə 5 matçda 1 qol vurub. 19 yaşlı futbolçu İtaliyanın idman qəzetlərindən olan "Tuttosport"un təsis etdiyi "Golden Boy Web" mükafatını da qazanıb. Onun Turin klubu ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.
Digər Xəbərlər
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28
"Qarabağ"ın legionerləri bu ölkələrin milli komandalarına dəvət alıblar
21 Mart 2026 10:39


Bakı -°C

