Yusif, Əli, Damla, Məryəm - Naxçıvanda uşaqlara ən çox qoyulan adlar
2017-ci ildə muxtar respublikada 5681 nəfər doğum qeydə alınıb, doğulanların 2899 nəfərini və ya 51 faizini oğlanlar, 2782 nəfərini və ya 49 faizini isə qızlar təşkil edib.
Adalet.az xəbər verir ki, doğulanlardan 61-i əkiz, 1-i isə üçəm olub. 2017-ci ildə muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Məhəmməd, Hüseyn və Uğur, qızlarda isə Zəhra, Fatimə, Zeynəb, Damla və Məryəm adları üstünlük təşkil edib. Ümumilikdə, son 10 ildə muxtar respublikada 81 min 807 nəfər uşaq doğulub.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların say göstəricisini aşağı salıb. Əgər 2007-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfər hesabı ilə 5,3 nəfər olubsa, hazırda bu göstərici 4,4 nəfər təşkil edir. Hər min nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 2007-ci ildə 2,5 nəfər qeydə alındığı halda, 2017-ci ildə bu göstərici 1,6 nəfər olub.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27