adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Yanvar 2019 15:06
88164
MÜSAHİBƏ

YUĞ-dan çıxarılan rejissor "Ədalət"ə danışdı: "Bu məsələni belə qoymayacam!" - EKSKLÜZİV

YUĞ Dövlət Teatrının rejissoru Sahib Agazadə işdən çıxarılıb. Rejissorunişdən çıxarılması etirazla qarşılanıb.

Adalet.az Sahib Ağazadəilə əlaqə saxlayıb və onunla qısa söhbət aparıb. Həmin söhbəti sizə təqdimedirik.



- Mirsahib bəy, YUĞ Teatrından çıxarılmağınızın səbəbi nə oldu?

- Əsas səbəb başqadır, rəsmi göstərilən başqa. Əsas səbəb budur ki, mənəqarşı qərəzli münasibət olub teatrda. Həm direktordan, həm də baş rejissordan.

- Qərəz niyə?

- Buna səbəb də keçən ilin oktyabrında Vaqif İbrahimoğlunun ad günüərəfəsində yaradıcılıqla bağlı iradlar bildirmişdim ki, YUĞ teatrının simasını,estetikasını, adət-ənənəsini dəyişmək olmaz.

- Aha... Səbəb burdan qaynaqlanıb demək...

- Bu və bu kimi məsələlər idi. Bunun ardınca böyük bir kompaniya başladıldıvə bəhanələr tapdılar.

- Hansı bəhanələr?

- Üzərimdə avto qəzayla bağlı məhkəmə işi var və qanunla mənim işləməyimətam hüququm çatır. Cəzaların icrası ilə bağlı 119-cu maddənin üçüncü bəndindəgöstərilir ki, bu vəziyyətdə mənim işləməyimə heç bir maneə yoxdur. Bununlabağlı qeydiyyatda olduğum məntəqədən arayış gətirdim, o arayışda dagöstərilirdi ki, işləməyimdə heç bir qəbahət yoxdur. Bütün bunlara baxmayaraqməni Əmək Məcəlləsinin 74-cü bəndinə əsasən işimə xitam veriblər.

- İşdən azad edilməyinizə görə etiraz edəcəksiniz?

- Bunu belə qoymayacam. Haqq-ədalət bərpa olunmalıdır və bu qanunsuzhərəkəti edənlər cavablarını almalıdırlar.

- YUĞ teatrına qayıtmaq istəyirsinizmi?

- Təbii ki, YUĞ teatrına qayıtmaq istəyirəm. Ora mənə çox doğmadır. Oramənim ustadım Vaqif İbrahimoğlunun teatrıdır. Başqa teatrlarda da çalışmışam,amma əsas doğma iş yerim YUĞ-dur. Kimlərsə gəlib ürək bulandırıb nələrisədəyişmək istəyir, o demək deyil ki, mən teatrdan uzaqlaşmalıyam.  


Direktor və baş rejissor təyinatladı, sabah başqaları gələ bilər. Amma teatrın yaradıcı kollektivi və məxsusən teatrın yoluna sadiq qalan sənətçilər həmişə YUĞ-dadırlar və olmalıdırlar. Bu baxımdan təbii ki, mən Yuğ Teatrını niyə tərk etməliyəm və ya ora qayıtmaq istəməməliyəm? Buna görədə YUĞ-a qayıtmaqda israrlıyam.

- Sizin məsələylə bağlırəhbərliyə etiraz edən aktyorlar oldumu?

- Bəli. Əsas da respublikanınxalq artisti Məmməd Səfa müəllim açıq şəkildə böyük bir yazıyla sosial şəbəkədədə münasibətini bildirdi və bu hadisənin baş verməsini pislədi. Bununla yanaşı Əbdülqəni, Qasım Nağı, Natəvan Qeybani, tələbələr, ədəbi cameə, istər bizim teatrdan, istərsə də başqa teatrdaçalışanla da etirazlarını bildirdilər.

- Uğurlar sizə! Təşəkküredirik.

- Çox sağ olun.