adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Mart 2019 23:02
11104
ƏDƏBİYYAT

“YOLA OBAŞDAN ÇIXASAN”

Ötən ilinsonlarında Azərbaycan oxucusunun qapısını bir kitab döyüb. Həmin kitabın müəllifiGüloğlan Dünya sözə, şeirə, bütövlükdə isə insanın ruhuna öz düşüncələrini, özduyğularını kökləməyi bacaran bir qələm adamıdır. O, təkcə düşüncələriləbir-birinin ardınca düzdüyü misralarıyla deyil, həm də sözə verdiyi dəyərlə vəbir də özünün insanlıq mentalitetilə həmişə diqqətiçəkən bir ziyalıdır. Və buinsanın davranışı da, dünyaya baxışı da, sözə münasibəti də özünün sözə olansevgisi qədərdi. Yəni o, nə yazırsa, nədən yazırsa onun içərisində özünü,düşüncələrini, bütövlükdə isə ruhunu görür. Bu da onun torpağa, vətənə, yurdabağlılığından qaynaqlanır...

Güloğlan Dünya həmdə itirdiklərini, bütövlükdə isə bizim hamımızın itirdiklərimizi şeirləşdirir.Onu misra-misra yaddaşımızda təzələyir və deyir ki:

Dağları cənginəalsa da tufan,

Uca zirvələrdənqar aparmasın.

Tinklər pərvazlanıbağac olmamış,

Tək bircə tərqönçə, qar aparmasın.


Torpağacan qoyub, bağ, bağça salaq,

Alaqotlarını kökündən yolaq.

Toxumsəpiləndə göz-qulaq olaq

,Elin,bərəkətin sar aparmasın.


Əməlinəgüvən, vardan etmə bəhs,

Ömürgedəridi, haqq üstündə əs.

Qarayel əsəndə qabağını kəs,

Yanarocağından qor aparmasın.


Güloğlan,hər qəlbi şər qıra bilər,

Ürəkdənsevgini qopara bilər.

İstəsəahılı apara bilər,

Təkicavanları gor aparmasın.


Bəli,bu şeirin son bəndini ruhu ilə bütün mövzunun özü əslində bir bütövlüyü ifadəedir. Təsəvvür edin ki, göydələn bir binanını mərtəbələrinin dözümü, davamiyyəti,tarazlığı kökün, torpağın üzərində bərtqərar olubdu. Həmin o bütöv sistemcavanlaşa-cavanlaşa daha da möhkəmləşir. Bax, bu mənada şairin arzusu, duasıgerçəkliyin ifadəsinə çevrilir. Bununla da qələm adamı oxucu önündə özünün içdünyasını həm ifadə etmiş, həm də təsdiq etmiş olur. Və hətta xatırlayır ki, mənə,sənə könlünü açmayıb. Burda söhbət şairlə oxucusu arasında olan dialoqdangedir. Çünki şair yazır:


Qəfildən sən mənimqarşıma çıxdın,

Ürkək baxışınladalana sıxdın.

Bu könül taxtımıuçurub yıxdın,

Mən sənə könlümüaça bilmədim.


Hisslərim uyub,sənlə tanışdım

Elə bil ki, neçəqarlı dağ aşdım.

Gövhərdən sözaçdım, ləldən danışdım,

Mən sənə könlümüaça bilmədim.


Qəlbim fəryadınıduyub oyandım,

Yetim hisslərimidərk edim andım.

O abır-həyanıgörüb, utandım,

Mən sənə könlümüaça bilmədim.


Bu şeirioxuduqca müəllifin keçirdiyi duyğuları yaddaşımda təzələyirəm.

Və mənə elə gəlirki, ilk sevgisini ifadə etməyə cəsarəti çatmayan gənc bir oğlan yol üstündədayanıb sevdiyini gözləyir. Bu gözlənrinin sonunda isə bir ümid işığı var. Oişığın dalınca müəllif getməyə hazırdır. Çünki o, bütün mənalarda sevgini hərşeydən üstün tutur və düşünür ki, bir az ləngisə gec olacaqdı. Ona görə dəyazır:


Sevgilininnazını çək,

Atıb getsə gecolacaq.

Yurdunu qorunankordan,

Satıb getsə gecolacaq.


Bir anda çöz kədərini,

Nura bələ səhərini.

Vaxtında dər bəhərini,

Ötüb getsə gecolacaq.


Hey söz açıborda-burda,

Qoyunu tapşırmaqurda.

Xarı qoyma düşəyurda,

Bitib getsə gecolacaq.


Sirrini söyləməyada,

Başa dildən gələrxata.

Qoyma şər aranıqata,

Qatıb getsə gecolacaq.


Bəli, şairinvurğuladığı, kökləndiyi ruh bizim hər birimizə tanış, bizim hər birimizinqarşılaşıb gördüyümüz məqamlarla üst-üstə düşür. Sadəcə olaraq, Güloğlan Dünyabizim gördüklərimizi bizdən fərqli olaraq şeirə çevirə bilir. Onu ədəbijanrların boy biçiminə uyğunlaşdırır. Və nəticədə bayatılar da, tapmacalar da,rübailər də, qəzəllər də onun poetik ifadəsi olan misralara çevrilir. Məsələn,Güloğlan Dünya yazır:

Səsi, küyü, hayıvar,

Dənizlərdə payıvar.

(Çay)

O nədir üç dişivar,

Ocaq ilə işivar.

(Sacaq)

Və yaxud:

Dəyər versənişinə,

Bahar dəyərdişinə.

(Atalar sözü)

Qulluq etsənhaqqa sən,

Xoş gələrsənxalqa sən.

(Atalar sözü)

Gülləri biçməkolmaz,

Şor suyu içməkolmaz.

Asılsan daanadan,

Vətəndən keçmək olmaz.

(Bayatı)

Qaçma məndən sənəmsən,

Mənim bircə dənəmsən.

Yaxına gəlqovuşaq,

İstədiyim sənəmsən.

(Bayatı)

Bəli, müxtəlifjanrlarda bədii ifadəsini oxucuya çatdıran, sözə könül verən Güloğlan Dünyaözünün "Yola o başdan çıxasan" kitabıyla ədəbi ictimaiyyətin önünəçıxıbdı. Kitabın redaktoru dəyərli şairimiz Əşrəf Veysəlli və bütövlükdə bu bədiisöz toplusunun araya-ərsəyə gəlməsi bir daha göstərir ki, ilhamı coşqulu,qaynar olan söz adamları üçün zamanın və yaşın önəmi yoxdur. Əsası odur ki,runu, ürəyini ifadə edəsən. Güloğlan Dünya bunu bacarır.

ƏbülfətMƏDƏTOĞLU