Yol yox, dükan yox, məktəb yox... - Sarıbaş kəndi niyə yiyəsiz qalıb? - VİDEO
1800 metr yüksəklikdə, dağların arasında bir kənd var. Qaxın Sarıbaş kəndi. Tənhadır. Yaxınlığında başqa kənd yoxdur.
Adalet.az-ın məlumatına görə, bir zamanlar bu kənddə 300-dən çox ailə yaşayıb. Bu gün isə qalan ailələrin sayı heç 10-a çatmır. Onlar isə daha çox yaşlı insanlardır.
Sarıbaşın gözləlliyini görmək üçün xeyli əziyyət çəkməlisən. Bunun üçün üzərində körpü olmayan Kürmük çayını keçməyi bacarmalısan. Qar yağanda isə kəndlə əlaqə tamamilə kəsilir. Sakinlər kənddən az qala ildə bir dəfə çıxırlar. İllik azuqələrini yığır, bütün il boyu topladıqları ilə keçinirlər. Elə bu çətinliklər də sakinləri Sarıbaşdan uzaq salıb.
Yol yox, dükan yox, məktəb yox, tibb məntəqəsi yox, xəstələndinsə, rayon mərkəzinə gəlməyə imkanın da yox. İşin Allaha qalacaq.
Sarıbaşın yalnız bir şeyi var – füsünkar gözəlliyi. Təbiətin füsünkarlğı belə, təəssüf ki, sakinləri Sarıbışda saxlaya bilmir. Halbuki bu kəndi nəinki yaşanacaq hala gətirmək, onu turizm məkanına çevirmək də olardı.
Adalet.az İTV Xəbər Yekunun əsrarəngiz gözəlliyi olan Sarıbaşdan reportajını təqdim edir.
Digər Xəbərlər
16 Sentyabr 2026 12:18
Prezident “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
16 Sentyabr 2026 10:09
Xəzərin suları altında qalan “Şəhri-Gürgan”dan YENİ TAPINTILAR - VİDEO
15 Sentyabr 2026 10:35
Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə indiyədək neçə nəfər məskunlaşıb?
15 Sentyabr 2026 08:11


Bakı -°C

