adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Aprel 2019 13:28
134310
AVTOMABİL

YOL POLİSİNİN BU QƏRARI TƏQDİRƏLAYİQDİR

Son zamanlar şəhərdə arxa şüşələrinə dövlət gerbi vurulmuş avtomobillərə tez-tezrast gəlmək olur. Eləcə də arxa şüşələrinə və ya maşınlarının üstünə Azərbaycan bayrağının şəkillərini çəkdirənlər də az deyil.

Milli Məclisdə Bayraqvə Gerb haqqında qanun qəbul olunub. Bu qanundabayraq harda asıla bilər, necə asıla bilər və ya gerb hansı dövlət təşkilatlarının, belə demək mümkünsə, alnına vurula bilər. Yəni hər kəsbu müqəddəs rəmzlərlə istədiyi kimi davranabilməz. Eləcə də bəzi özəl qəzetlər dövlət gerbini loqotiplərinə vururlar.

İndi Dövlət Yol Polisi reydlər keçirir və avtomobillərin şüşələrinə vurulmuş gerbi və bayraqları sökdürür.Baxıram ki, sosial şəbəkələrdə və müəyyən saytlarda buna etiraz edirlər. Mən bir vaxt bir köşə yazmışdım: «Dövlət bayrağı nənənin cehizlikxalçası deyil, istədiyin yerdə və istədiyin kimi asasan». Yenə bu fikrimdə israrlıyam.

Və Dövlət Yol Polisininbu qərarını təqdir edirəm.