Yol polisindən yeni tədris ili ilə bağlı sürücülərə MÜRACİƏT
Bu gündən yeni tədris ili başlayır. Bununla əlaqədar yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, polis, o cümlədən DYP tərəfindən zəruri təşkilati-əməli işlər görülür, şəxsi heyət gücləndirilmiş iş rejimində çalışır. Lakin, yollarda sıxlığın azaldılmasına xidmət edən qabaqlayıcı tədbirlər, yalnız hərəkət iştirakçılarının məsələyə adekvat yanaşması ilə effektiv nəticə verə bilər.
Baş Dövlət Yol Polisi İdarəsindən Adalet.az-a bildirilib ki, təsadüfi deyil ki, təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə sıxlığın, tıxacların yaranması, məhz həmin təhsil ocaqlarına fərdi avtomobillə gələn şəxslərin dayanma, durma və parklama qaydalarını kobud şəkildə pozmasından qaynaqlanır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün təhsil ictimaiyyətini təbrik edir, bununla yanaşı təhsil müəssisələrinə şəxsi nəqliyyat vasitələrində gələn sürücülərə, ələlxüsus övladlarını məktəbə fərdi minik avtomobilində aparıb-gətirən valideynlərə müraciət edərək onlardan digər hərəkət iştirakçılarına süni maneələr yaratmamağı, xüsusilə paytaxtda nəqliyyat sıxlığını nəzərə alaraq, mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, yaxın məsafələri piyada qət etməyə üstünlük verməyi xahiş edir, gənc nəsildə yol hərəkəti mədəniyyətinin formalaşmasına töhfə verməyə, bu işdə şəxsi nümunə göstərməyə çağırır.
Digər Xəbərlər
02 Aprel 2026 11:07
"Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
02 Aprel 2026 10:56
Sığortaçılar Assosiasiyasına yeni rəhbər təyin olundu
02 Aprel 2026 00:00
Aprel döyüşlərindən 10 İL ÖTÜR
01 Aprel 2026 18:40
Amnistiya aktı 18 mindən çox şəxsə şamil edildi
01 Aprel 2026 17:54
Akademik Əli Abbasov: “Süni intellektin tətbiqi elm və təhsildə keyfiyyətcə yeni mərhələ yaradır”
01 Aprel 2026 15:47
Dövlətçiliyimizin aliliyi təhlükəsizliyin əsas mənbəyidir - ŞƏRH
01 Aprel 2026 15:03
Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır
01 Aprel 2026 13:47


Bakı -°C

