Yol polisi bir ildə 9375 sərxoş sürücü saxlayıb
"2017-ci ildə nəqliyyat vasitəsinin sərxoş halda idarə edən 9375 sərxoş sürücü aşkarlanıb”.
Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, hər sərxoş halda saxlanılan sürücünün sürücülük hüququ məhdudlaşdırılmır.
"Sərxoş olan sürücülərdən bəziləri sadəcə cərimə olunur, bəzilərinin isə sürücülük hüququ məhdudlaşdırılır. Ötən il ərzində 11000 sürücünün sürücülük hüququ müxtəlif müddətdə məhdudlaşdırılıb. Bunların içərisində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edənlər də var”.
Məcəllənin 333.2-ci maddəsinə əsasən isə bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 400 manatdan 500 manatadək cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 günədək inzibati həbs verilir.