adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Fevral 2017 13:49
7589
MƏMLƏKƏT

YOL HƏRƏKƏTİ QAYDALARINI KİMLƏR POZUR?

Sirr deyil ki, ölkəərazisində xeyli vaxt hava şəraiti kəskinləşdi. Təbii ki, qarın yağması, şaxtalarındüşməsi və yolların buz bağlaması bir daha sürücüləri imtahana çəkdi. Bu imtahandanüzü ağ çıxanlar da oldu, üzü qara qalanlar da. Aydındır ki, mürəkkəb hava şəraitindəbütün dövrlərdə magistral yollarda xidmət aparan yol polisi əməkdaşları gücləndirilmişiş rejimində işləyir.

Bununla yanaşı, mövcudtəhlükəni aradan qaldıran və avtomobil yolarını təmizləyən yol istismar idarəsininişçiləri də həmin günlər demək olar ki, var qüvvə ilə çalışıblar. Xüsusən də Bakı-Ağsu,Bakı-İsmayıllı, Bakı-Quba avtomobil yollarındaqar yağan zaman nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Belə şəraitdə bayaqdediyimiz kimi, sükan arxasında daha diqqətli olmaq, məsuliyyət hiss etmək və yolhərəkəti qaydalarına əməl etmək hər bir sürücünün əsas vəzifəsidir. Düzdür, həmingünlər həm yol polisi, həm də avtomobil yollarında təmizliyi həyata keçirən yol istismar idarəsininəməkdaşları üzərlərinə düşən işin öhdəsindən kifayət qədər bacarıqla gəliblər. Ancaqgəlin ounnla razılaşaq ki, nəqliyyat vasitələrin idarə edən sürücülərin diqqətsizliyiüzündən yol qəzaları da qaçılmaz olub.

Nə yaxşı ki, yolpolisi operativ olaraq hərəkətin təhlükəsizliyini təmin edə bilib və yol idarəsidə qarlı yolları təmizləməyi bacarıb. Buna baxmayaraq, ölkəmizdə havaların qeyri-sabitkeçdiyi günlərdə respublikanın avtomobil yollarında ağır qəzalar da baş verib. Lakinbu ötən ilin müvafiq dövrü ilə müqayisədə bu elə də çox deyildi. Ölüm və xəsarətalmahalları əvvəlki vaxtlarla müqayisədə aşağı enib.

Həmin günlər Bakı-Qubaavtomobil yolunda xidmət aparan 1-ci tağımın əməkdaşları bir birmənalı olaraq deyəbilərik ki, qarşıya qoyulmuş vəzifələri daha məsuliyyətlə yerinə yetirmək gücündəolublar. Yəni 1-ci tağımın əməkdaşları həyatakeçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində baş verə biləcək qəzaların qarşısınıxeyli ala biliblər. Bu isə ona dəlalət edir ki, ən mürəkkəb hava şəraitində, sutkanın24 saatı ərzində yol polisi öz missiyasını yüksək səviyyədə yerinə yetirmək qüvvəsinəqadirdir. Əgər belə olmasaydı, qeyd etdiyimizmüsbət hadisələr və təhlükəsizlik tədbirləri həyata keçirilməzdi. Təbii ki,hər bir şəxs öz vəzifə borcunu yetərincə yerinə yetirəndə bu istər-istəməz kollektivinuğuruna xidmət edir.

Qarlı günlərdə Bakı-Qubaavtomobil yolunda hərəkət etmək çətin olsa da, səhər saatlarında müxtəlif texnikalarıngücüylə yolar təmizlənərək normal vəziyyətə salınıb və yol polisi hərəkətə maneçiliktörədən məsafələrin hamısını operativ olaraq yol istismar idarəsinə çatdırıb. Yolistismar idarəsi də həmin istiqamətlərdə xidmət apararaq mövcud problemlərin qısazaman kəsiyində həllinə nail olub.

Amma buna baxmayaraq,bəzi sürücülərin səhlankarlığı nəticəsində qəza şəraiti yaranıb, bir avtomobil digəriilə toqquşaraq əzilib. Nə yaxşı ki, o toqquşma zamanı ölüm və xəsarətalma hallarıbaş verməyib. Həmin günlərdə 1-ci tağımın əməkdaşları hərəkətin təhlükəsizliyinintəmin edilməsi üçün reydlər keçirib. Bu reydlər zamanı çoxlu sayda yol hərəkətiqaydaların pozan sürücülər barəsində inzibati tədbirlər görülüb. Belə ki, başqasınayol verməyən, sərnişindaşıma və yükdaşıma qaydasını pozan, texniki baxışdan keçməyən,mobil telefonla danışan, nəqliyyat vasitəsini sığorta etdirməyən neçə-neçə sürücübarəsində inzibati protokol tərtib edilib.

Reyddə iştirak edən1-ci tağımın komandir müavini, polis kapitanı Samir Zeynalov bildirir ki, həmingünlərdə əməkdaşlarımız hətta bir neçə sərxoş sürücü də aşkar edib. Ən çox biz onaçalışmışıq ki, mürəkkəb hava şəraitində ağır qəzalar baş verməsin. Və cəsarətlədeyə bilərəm ki, bu məqsədə də nail ola bilmişik. Tağımımızın əməkdaşlarından polisbaş serjantları Anar Hümbətov, İslam Cəfərov, Adil İsmayılov, Hikmət Şükürov, EminƏsədov, Elçin Mütəllimov, İbrahim Hacıbalayev, Əkbər Mahmudov və başqaları növbəərzində yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı sərt tədbirlər görüblər.Aydındır ki, bu cür tədbirlərin görülməsi həm də sürücülərin məsuliyyətə cəlb edilməsindəböyük əhəmiyyət kəsb edir.

1-ci tağımın komandiri,polis mayoru Ürfət Şükürov deyir ki, hərbir yol polisi əməkdaşı səhər saatlarında qarşıya qoyulmuş vəzifələrlə tanış olur.Onlara bir daha bildiririk ki, kobud qayda pozuntularına qarşı ciddi mübarizə aparılmalıdır.Çünki çox vaxt elə yol-nəqliyyat hadisələri kobud qayda pozuntularına yol verilənzaman baş verir. Üstəlik də gecə saatlarında xidməti maşınla əməkdaşlarımız yolunsağ və sol hissəsində hərəkət edərək sürücülərə lazımi göstərişlər, məsləhətlərvə tövsiyələr verirlər. Bu cür maarifləndirmə tədbirlərinin aparılması istər-istəməzbaş verə biləcək hadisələrin qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Üstəlikdə qarlı havada çətin vəziyyətdə olan sürücülərəəməkdaşlarımız yaxından köməklik göstərir. Belə ki, qar yağanda və yollar buz bağlayandayolda hərəkətini dayandıran və sürüşən maşınlarınsahiblərinə əməkdaşlarımız bacardıqları köməklikləri ediblər. Əməkdaşlarımız xidmətimaşından yerə düşərək yolda qalan maşınları itələyib təhlükəli yerdən çıxarıblar.Bu cür köməkliyə görə sürücülər əməkdaşlarımıza öz minnətdarlıqlarını bildiriblər.

Yol hərəkəti qaydasınınpozulması bir çox sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi üzündən baş verir.Bir çox halda sürücülər düşünmürlər ki, hər hansı qaydanın pozulması ilk növbədəonun özünün həyatı üçün təhlükə yaradır. Bax buna görə də sürücülər dərindən düşünməli,sükan arxasında olarkən yol hərəkəti qaydalarına əməl etməyi yaddan çıxarmamalıdılar.

Reyddə iştirak edirdilər:Ürfət ŞÜKÜROV – Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru;Samir Zeynalov – 1-ci tağımın komandir müavini, polis kapitanı; Sakin Vəliyev –1-ci tağımın baş inspektoru, polis leytenantı; Rasim ƏLİYEV – 1-ci tağımın polisleytenantı, baş inspektor; Adil İSMAYILOV – 1-ci tağımın polis baş serjantı, inspektor;İslam CƏFƏROV – 1-ci tağımın polis serjantı, inspektor; Anar HÜMBƏTOV – 1-ci tağımınpolis baş serjantı, inspektor; Faiq QİSMƏTOĞLU– «Ədalət»in əməkdaşı