Yığmamızın üç futbolçusu koronavirusa yoluxdu
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun COVID-19 testi pozitiv nəticələnib.
Adalet.az AFFA-nın saytına istinadən xəbər verir ki, Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) seçmə mərhələ oyunlarında iştirak edə bilməyəcəklər.
Xatırladaq ki, U-17 millimiz AÇ-nin seçmə mərhələsində 3-cü qrupda Norveç, Belçika və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Oyunlar oktyabrın 6-da, 9-da və 12-də Belçikanın Tubize şəhərində keçiriləcək.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06