adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Mart 2024 12:53
1465
KRİMİNAL

Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən beş nəfər saxlanılıb

Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən beş nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səxavət Musayev və Xanlar Məmmədov saxlanılıblar.

Onlardan narkotik vasitə marixuana aşkar edilib. Saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Keçirilən əlavə tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha üç nəfər də saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.