Yevlaxda karantin qaydalarının pozulduğu restoranlar aşkarlandı
Yevlaxda karantin qaydalarının pozulduğu restoranlar aşkarlanıb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 2 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.
Yoxlamalar zamanı “Ərəş” və “Turan” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Digər Xəbərlər
02 May 2024 17:40