Yevlaxda avtomobil piyadanı vurub öldürdü
Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Adalet.az-a verilən məlumata görə, avqustun 6-da saat 21 radələrində Yevlax rayonu ərazisində Bərdə rayon sakini Əlizamin Hüseynov idarə etdiyi "KİA” markalı avtomobillə yolu keçən rayon sakini Elçin Əliyevi vurub.
E.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 17:40