Yevlaxda ağır qəza, 19 məktəbli xəsarət alıb
Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.
Onlar 2003-cüil təvəllüdlü şagirdlərdir. Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.
Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir. (Report)
***
Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Mingəçevir-Bəhramtəpə yolunun Yevlax rayonundan keçən hissəsində qəzaya uğrayıb.
Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
***
Milli Məclisin Mingəçevirdən seçilən deputatı Aydın Mirzəzadə məlum hadisə ilə bağlı "Facebook" hesabında məlumat paylaşıb:
"Mingəçevir şəhər xəstəxanasının rəhbəri Könül xanımla əlaqə saxladım. O bildirdi ki, hadisəni eşidən kmi qəza yerinə Mingəçevir xəstəxanasının təcili yardım maşınları göndərilib. Yüngül yaralılar Yevlax xəstəxanasına yerləşdirilib, 5 nəfər - nisbətən ağır yaralılar isə Mingəçevir xəstəxanasına gətirilib. Bir yaralı dərhal əməliyyata götürülüb, digərlərinin isə əməliyyat edilib-edilməməyi yaralıların vəziyyətindən asılı olacaq. Bütün Mingəçevir səhiyyəsi səhərdən ayaq üstədir və yaralıların müalicəsi üçün xəstəxanada bütün imkanlar var. Vəziyyətlə əlaqədar gün ərzində Mingəçevir xəstəxanası ilə daim əlaqədə olacağam".
Digər Xəbərlər
28 Aprel 2024 21:30