Yetkinlik yaşına çatmayanların hüquqları ilə bağlı qanun dəyişir
Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə bağlı yeni qaydalar müəyyən edilir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunu icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklikdə əksini tapıb.
Belə ki, sözügedən Qanuna əsasən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adı dəyişdirilərək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar kimi müəyyən edilmişdir.
Həmçinin komissiyaların səlahiyyətlərində müvafiq dəyişikliklər edilmiş, o cümlədən himayədar ailəyə verilmiş uşaqlar, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla, digər hallarda uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyaları komissiyalara həvalə edilib.
Bununla əlaqədar sözügedən qanunlarda dəyişiklik edilməsinə zərurət yaranıb.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.
Nicat
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

