adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
13 Mart 2017 10:26
114294
MÜSAHİBƏ

“Yerli icra orqanları tərəfindən problemlə üzləşməmişəm” - MÜSAHİBƏ

Qəzetimizin"Yeni mandat” rubrikasının bugünkü qonağı, 90 saylı Ağdaş Seçki Dairəsinindeputatı Cavid Osmanovdur.

-Cavid müəllim, seçkidə qələbə qazanaraq mandat əldəetdiniz. Gənc yaşda mandat qazanmaq necə bir hissdir?

-Seçkilərdəqələbə qazanacağıma inanırdım. Çünki bu prosesə qoşulanda necə bir məsuliyyətinaltına girdiyimi, məni nələr, hansı çətinliklər gözlədiyini yaxşı bilirdim. Gəncyaşımdan siyasi proseslərdə daim yaxından iştirak etmişəm və təcrübə qazanmışam.Dövlətçiliyin, müstəqilliyin nə olduğunu, onu necə qorumalı olduğumuzunvacibliyini daim düşünmüşəm. Eyni zamanda məni Azərbaycan dövlətinin möhkəmlənməsindəböyük işlər görən, ölkənin ən böyük siyasi qüvvəsi olan Yeni AzərbaycanPartiyası, sadə insanlar dəstəklədilər.Bu mənada seçkilərdə qələbə qazanmaq mənim üçün çətin olmadı. Deputatmandatı qazanmağım mənim üzərimə çox böyük məsuliyyət qoydu. Hazırda əsas diqqətimidövlət və milli maraqların təmin edilməsi üçün vacib olan məsələlərin həllinə vəseçicilərimin problemlərinə yönəltmişəm.Bu mənada xalqıma, dövlətimə xidmət etmək mənim üçün şərəfdir,qürurveriricidir.

-Qarşıdakı müdət ərzində hansı işlərin görülməsisizin üçün prioritetdir?

-Bilirsinizki, hazırda parlament bir neçə qanunvericilik layihələrinin üzərində çalışır.Onların hazırlanması və qəbul edilməsi üçün mən də öz səylərimi əsirgəmirəm. Eynizamanda parlamentdən kənar bir sıra, siyasi və ictimai xarakterli tədbirlərdə həmtəşkilatçı oluram, həm də iştirak edirəm.Həmçinin müntəzəm olaraq Seçki Qərargahımla əlaqə saxlayıram, seçicilərinproblemlərilə maraqlanır, onların həlli istiqamətində lazım olan işləri görürəm.

-Deputatın əsas missiyası mandatı qazandığı seçicilərinproblemlərinin həllidir. Maraqlıdır Cavid Osmanovun seçicilərinin nə kimiproblemləri var və bunların həlli üçün hansı addımlar atılır?

-Kəndrayonu olduğu üçün mənim deputatı olduğum dairədə insanların əsas problemiaqrar məsələlərlə bağlıdır. 90-cı illərdə insanlar torpaqdan, əkin-biçindənuzaq düşdülər və bu da hazırda bir sıra problemlər yaradır. Mən çalışıram ki,seçicilərimin hər bir sosial probleminin həllinə nail olam. Demək istəyirəm ki,mən sadəcə seçkidən-seçkiyə insanların yanında olmuram, hər zaman seçicilərimləmaraqlanıram. Onların hər bir müraciətinə diqqətlə yanaşıram. Ən başlıcası möhtərəmprezidentimiz cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasət nəticəsində bütünbölgələrdə olduğu kimi,Ağdaş rayonundada xeyli problemlər artıq həllinitapmışdır.

-Milli Məclisdə Regional məsələlər komitəsinin üzvüsünüz. Komitənin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

-Regionalməsələlər komitəsinin Milli Məclisin ən işlək, fəal komitələrindəndir. Bizim,xüsusilə də, bələdiyyələrlə apardığımız iş, bu sahənin inkişafı üçünhazırladığımız qanunvericilik aktları yüksək qiymətləndirilməlidir. Regional məsələlərkomitəsi regionların inkişafı ilə bağlı çox ciddi qanunvericilik aktlarıhazırlayıb. Hazırladığımız qanun layihələri qəbul edilib. Həmin sənədlərregionların inkişaf etdirilməsi baxımından çox ciddi sənəd kimi qəbul olunur.

-Bələdiyyələrin fəaliyyəti ilə bağlı ciddi fikirayrılığı var. Siz necə düşünürsünüz. Bu institut yetərincə inkişaf edə bilibmi?

-Müasir dövrün tələbləri göstərir ki, bələdiyyələrdaha çox iş görməli və qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər. Bələdiyyələrinən başlıca vəzifələri onların ərazisində yaşayan əhalini narahat edən problemlərinhəllinə köməklik göstərməkdən ibarətdir. Vətəndaşları narahat edən problemlərinhəll edilməsi üçün təbii ki, bələdiyyələrdə dayanıqlı maliyyə mənbələriolmalıdır. Onun da yeganə yolu yerli vergi ödənişlərinin yığım səviyyəsininartırılmasıdır. Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi bu sahədə bələdiyyələrəkömək göstərməlidirlər. Bununla bağlı Prezident Administrasiyasının dəstəyi iləAzərbaycanın şəhər, qəsəbə, kənd Bələdiyyələrinin Milli Assosiayaları tərəfindənBələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi Bazası yaradılıb. Bütün bələdiyyələrdəzona seminarları keçirilib, bu proqram artıq bələdiyyələrdə quraşdırılıb vəhazırda bu proqramdan kifayət qədər bəhrələnirlər. Ölkədə bələdiyyə institutuinkişaf etməkdədir.

-2018-ci ildə ölkədə prezident seçkiləri keçiriləcək.YAP fəalı kimi bu seçkilərə hazırlıqla bağlı nə deyə bilərsiniz?

-Gələnil keçiriləcək Prezidenti seçkilərində hakim partiyanın namizədi birmənalı şəkildəqalib gələcək. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, möhtərəmPrezidentimiz İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilənsiyasi kurs bu əminliyi bizdə yaradır.Yeni Azərbaycan Partiyasının namizədinin seçkilərdə böyük səsçoxluğu ilə qalibgəlməsi aparılan siyasi kursun düzgünlüyündən xəbər verir. Həmişə olduğu kimi,Yeni Azərbaycan Partiyası bu dəfə də seçkilərdə tam qələbə qazanacağına böyükümidimiz var.

-Prezident İlham Əliyevin sərəncamı ilə MehribanƏliyeva birinci vitse-prezident seçildi. Bu məsələyə münasibət bildirməyinizisizdən xahiş edirik.

-HeydərƏliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehribanxanım Əliyevanın cənab Prezident İlham Əliyevin sərəncamı ilə AzərbaycanınBirinci vitse-prezidenti təyin olunması vaxtında və yerində verilmiş tarixi qərardır.Bu təyinat dövlətimizi daha güclü edəcək, sabitliyimizi gücləndirəcək. Mehriban xanım uzun illərdir Azərbaycanın ictimai-siyasi, mədənihəyatında fəal rol oynayır. Yeni Azərbaycan Partiyasının sədr müavini olaraq,partiyanın və onun üzvlərinin maraqlarını daim yüksək səviyyədə müdafiə edib.2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır və seçildiyi dairədəböyük işlər görüb. Mehriban xanımın fəaliyyətinəticəsində ölkəmizin xaricdə dostlarının sayı artıb. 2004-cü ildən bu günə qədərulu öndərin adını daşıyan Heydər ƏliyevFondunun prezidentidir. Heydər Əliyev Fondunun fəaliyyəti göz qabağındadır.Fondun gördüyü işləri sadalamaq üçün günlərlə vaxt lazımdır. Məktəblərin,müalicədiaqnostika mərkəzlərinin və digər sosial obyektlərin tikintisi, imkansız şəxslərinmüalicəsinə yardım, milli mədəni irsin qorunması, xaricdə Azərbaycan mədəniyyətinintəbliğ olunması Heydər Əliyev Fondunun prioritetlərinə daxildir. Mehriban xanım Əliyeva Azərbaycan dövlətçiliyinintəbliği sahəsində çox böyük işlər görür, tədbirlər həyata keçirir. Ötən illər ərzində qazandığı uğurlar onunyüksək vəzifəyə təyin edilməsinə zəmin yaradıb. Heç də təsadüfi deyil ki, MehribanƏliyevanın Birinci vitse-prezident təyin edilməsi ictimaiyyət tərəfindən birmənalışəkildə dəstəklənib. Düşünürəm ki, bu təyinat Azərbaycanda sabitliyinin, təhlükəsizliyininvə davamlı inkişafın daha da güclənməsi baxımından vacibdir. Mən əminliklə deyəbilərəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeniuğurlara və nailiyyətlərə imza atacaq.

-Azərbaycan Milli Məclisini regionda yeri və rolubarəsində nə deyə bilərsiniz?

-AzərbaycanMilli Məclisinin regionda yeri və rolu Azərbaycan dövlətinin regionda rolu vəyeri ilə düz mütənasibdir. Azərbaycan siyasi, iqtisadi, sosial və s. baxımdanregionun ən qüdrətli dövlətidir və müvafiq olaraq Azərbaycan Milli Məclisi dəregional siyasətə, regionun iqtisadi inkişafına təsir baxımından çox mühüm roloynayır. Parlamentdə müzakirə olunan məsələlər, qəbul olunan qərarlar regiondövlətlər tərəfindən diqqətlə izlənilir. Çünki bizim müzakirələr və qərarlarımızregional proseslərə ciddi təsir göstərir.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri vəya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimiproblemlər var?

-MənAğdaş rayonundan deputat seçilmişəm. Seçildiyim ilk gündən yerli və mərkəziicra strukturları ilə sıx əməkdaşlıq edirəm. Seçicilərim tərəfindən olunanmüraciətlərin həllində mərkəzi və yerli icra orqanları tərəfindən problemlə üzləşməmişəm.


ƏdilƏdilzadə